Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Kvars şüşədə Mendeleyevin dövri sistemi əks etdirilib
02.09.2020 10:49
  • A-
  • A
  • A+

Kvars şüşədə Mendeleyevin dövri sistemi əks etdirilib

Şüşələr insanlar tərəfindən 5 min ildir istifadə edilsə da, onların yeni xassələri hələ də alimlər tərəfindən kəşf olunmaqdadır.

D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin tədqiqatçıları kvars şüşədə Mendeleyevin dövri sisteminin 3,6 x 2,4 mm ölçülü görüntüsünü yaradıblar. 

Tədqiqatın müəllifləri kvars şüşənin daxilində nanoqəfəs yaratmaq üçün femtosaniyə lazer metodundan istifadə ediblər. Başqa sözlə, şüa belə periodik quruluşa malik sahədən keçdikdə 2 komponentə ayrılır. Onlar isə materialdan müxtəlif sürət və yollarla keçərək sonda birləşirlər. Nəticədə, şüşənin daxilində interferension rəng əmələ gəlir.

Rambler.ru saytının məlumatına görə, yeni araşdırma elementlərin zənginliyini şüşənin qalınlığında həkk olunmuş  Mendeleyevin miniatür dövri cədvəli şəklində əks etdirilir. Kimyəvi element olan hər qəfəsin ölçüsü 200x200 mikrometrdir.

Aparılan tədqiqat işlərinin nəticəsi “Frontiers in Chemistry” jurnalının xüsusi buraxılışında dərc edilib.

  • Paylaş: