Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər Marsda suyun mövcudluğuna dair sübutlar tapıblar
26.11.2024 11:50
  • A-
  • A
  • A+

Alimlər Marsda suyun mövcudluğuna dair sübutlar tapıblar

Çinin Honq-Konq Politexnik Universitetinin alimləri qədim zamanlarda Marsda nəhəng okeanın mövcud olmasına dair yeni dəlil tapıblar.

Belə ki, tədqiqatçılar qabaqcıl spektroskopiya və nanoölçülü təsvir üsullarından istifadə edərək sirkonda dəmir, alüminium, itrium və natrium kimi kimyəvi elementlərin izlərini aşkar ediblər. Bu elementlər sirkonun Marsda erkən maqmatik fəaliyyət zamanı suyun varlığında əmələ gəldiyini göstərir.

Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc edilib və Space.com saytında yer alıb.

Tədqiqatın aparıcı müəllifi, Avstraliyadakı Yer və Planet Elmləri üzrə Kurtin İnstitutundan Aaron Kavosi bildirib ki, bu məlumatlar Marsda yer qabığının formalaşması zamanı, təxminən 4,45 milyard il əvvəl suyun mövcud olduğunu təsdiqləyir.

Elm adamları daha əvvəl qədim göllərin və çay axınlarının izlərinə əsaslanaraq Marsda maye suyun təxminən 4,1 milyard il əvvəl mövcud olduğu fikrini irəli sürmüşdülər. Lakin, yeni kəşf suyun planetdə daha əvvəl də ola biləcəyini göstərir.

Alimlər, həmçinin Marsın atmosferini məhv edən günəş radiasiyası səbəbindən milyardlarla il əvvəl su ehtiyatlarının çoxunun itdiyini qeyd ediblər. Bu, suyun maye halında səthə qayıtmaq əvəzinə kosmosa buxarlanmasına səbəb olub.

overclockers.ru

  • Paylaş: