AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında ilk nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AİREX 2026” sərgisi ilə tanış olublar” başlıqlı icmal yer alıb. Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Azərbaycançılıq ideologiyası: Heydər Əliyevdən İlham Əliyevə” adlı məqalə, dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı və AMEA-nın Ümumi yığıncağına dair yazılar təqdim edilib.
Bu sayda akademik İsa Həbibbəylinin Gürcüstan Milli Elmlər Akademiyasının 85 illik yubileyi münasibətilə Tbilisi şəhərində keçirilmiş tədbirdə iştirakı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi haqqında informasiyalar oxucuların diqqətinə çatdırılıb.
Bundan əlavə, nəşrdə “Zəfər Azərbaycanın milli gücünün, birliyinin və elmi potensialının təntənəsidir”, “İranda ana dilində təhsil hüququ: problemlər və həlli yolları, “2026-cı ilin Nobel mükafatı laureatları: Dünya elminin prioritetləri”, “Azərbaycanın dövlətçilik və hərb tarixində 44 günlük Vətən müharibəsinin rolu” başlıqlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər və yeni nəşrlər təqdim olunub.
Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.