Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.11.2026 13:34
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları “Vikipediya – Elektron Ensiklopediya” təlimlərində iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları “Vikipediya – Elektron Ensiklopediya” təlimlərində iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların elektron resurslar şöbəsinin əməkdaşları – baş mütəxəssis Ofelya Kazımova, mütəxəssis Səbinə Aslanova, böyük laborant Aysel Ağayeva və laborant Dürdanə Qəhrəmanova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunmuş “Vikipediya – Elektron Ensiklopediya” təlimlərində iştirak ediblər.

Təlimə Mərkəzi Elmi Kitabxananın Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli rəhbərlik edərək, iştirakçılara Vikipediyanın tarixi, mahiyyəti, funksionallığı, sosial əhəmiyyəti və müasir informasiya mübadiləsindəki rolu haqqında ətraflı məlumat verib.

Təlim zamanı iştirakçılar “Vikipediya” platformasının əsas prinsiplərini və redaktə qaydalarını, platformada hesab açılması yollarını, yeni məqalələrin yaradılması və mövcud məqalələrin zənginləşdirilməsi üsullarını, etibarlı və elmi mənbələrlə işləmək, o cümlədən, müzakirələrdə iştirak edərək viki-etika qaydalarını dərindən mənimsəyiblər.

Əlyazmalar İnstitutunun əməkdaşları “Vikipediya – Elektron Ensiklopediya”sının Azərbaycan dili bölməsinin zənginləşdirilməsinə verdikləri töhfəyə görə, MEK-in sertifikatı ilə təltif olunublar.

  • Paylaş: