Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.11.2026 11:55
  • A-
  • A
  • A+

AMEA-nın Gənclər Akademiyasının yeni strukturu və tərkibi təsdiqlənib

AMEA-nın Gənclər Akademiyasının yeni strukturu və tərkibi təsdiqlənib

AMEA-nın Rəyasət Heyətinin iclasında Gənclər Akademiyasının strukturunun təkmilləşdirilməsi və tərkibində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Gənclər Akademiyası yeni yaradılmasına baxmayaraq, qısa müddətdə bir sıra mühüm uğurlara imza atıb və Gənclər Akademiyasının üzvləri AMEA-nın ictimai həyatında yaxından və aktiv iştirak edirlər. Gənclər Akademiyasının fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həyata keçirilən elmi-təşkilati layihələrin miqyasının artırılması, struktur bölmələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və idarəetmədə funksional bölgünün daha səmərəli təşkilinin onun mövcud strukturunun və tərkibinin təkmilləşdirilməsini zəruri etdiyini deyib.

Məsələ ilə əlaqədar AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev çıxış edərək Gənclər Akademiyasının strukturunda, İdarə Heyətinin və struktur bölmələrinin tərkibindəki müvafiq dəyişiklikləri diqqətə çatdırıb.

Daha sonra Gənclər Akademiyasının yeni tərkibi Rəyasət Heyətinə təqdim olunub və yekdilliklə qəbul edilib.

  • Paylaş: