İltihab əleyhinə steroid vasitə olan “Hidrokortizon” ən ağır koronavirus xəstələrinin ölüm faizini azalda bilər.
Regnum.ru saytının məlumatına görə, bu istiqamətdə Böyük Britaniyanın “Imperial College” və “Intensive Care National Audit & Research Centre” Mərkəzinin alimləri tədqiqat aparıblar.
Belə ki, bir həftəlik müalicə kursu nəticəsində reanimasiyada olan pasiyentlərin sağalma faizinin yüksək olduğu müəyyənləşib.
Qeyd edək ki, “Hidrokortizon” Böyük Britaniyada COVID-19-un müalicəsi üçün “Deksametazon”dan sonra bəyənilən ikinci dərmandır.