Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

"İqtisadi Artım və İctimai Rifah" jurnalının yeni nömrəsi işıq üzü görüb
26.04.2021 14:18
  • A-
  • A
  • A+

"İqtisadi Artım və İctimai Rifah" jurnalının yeni nömrəsi işıq üzü görüb

AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının 2021-ci ildə ilk nömrəsi oxuculara təqdim olunub.

Jurnalın bu sayında “Azərbaycanın işğaldan azad edilən ərazilərində sahibkarlığın mütərəqqi menecment formaları əsasında inkişaf istiqamətləri”, “Cənubi Qafqaz ölkələrində iqtisadi inkişafa təsir edən xarici iqtisadi amillərin qiymətləndirilməsi”, “Nanotexnologiyaların neft sənayesində tətbiqinin və maliyyələşdirilməsinin beynəlxalq təcrübəsinin tədqiqi”, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin inkişafinda xarici ticarətin rolu”, “Şəbəkə hazırlığı indeksi: Azərbaycanda fərdlərin texnologiyalardan və İKT biliklərindən istifadə dərəcəsi” və digər maraqlı və aktual mövzularda elmi məqalələr yer alıb.

"İqtisadi Artım və İctimai Rifah" jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. “Elmi əsərlər” jurnalının varisi olan dərgi AR Әdliyyə Nazirliyində 2011-ci ildə qeydiyyata alınıb. “Jurnal Internet Archive”, “Road”, “Academia.edu”, “Scribd”, “Calameo” indekslərinə daxildir.

2020-ci ildə jurnalın redaksiya heyətinin üzvləri yenilənən, dünyanın nüfuzlu ölkələrinin universitetlərinin iqtisadiyyat üzrə tanınmış iqtisadçı alimləri, akademik və professorlar yeni tərkibə daxil edilib. İldə 4 dəfə dərc olunacaq elmi nəşrin baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim İmanov, baş redaktorun müavini, professor Müşfiq Atakişiyev, məsul katibi iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədovdur.

Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir. Habelə jurnalın elektron variantı İqtisadiyyat İnstitutunun saytında (economics.com.az) yerləşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: