Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

“Heydər Əliyev siyasətinin müdriklik gücü” kitabı işıq üzü görüb
03.05.2021 10:55
  • A-
  • A
  • A+

“Heydər Əliyev siyasətinin müdriklik gücü” kitabı işıq üzü görüb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Hey­dər Əliyev si­ya­sə­ti­nin müd­rik­lik gü­cü” elmi məqalələr toplusu çapdan çıxıb.

Kitabın elmi redaktoru akademik Nərgiz Axundova, rəyçiləri professorlar Məmməd Rzayev və Eyyub Kərimov, tərtibçi və redaktoru Sevinc Nisa Quliyevadır.

Ki­tabda Xa­ti­rə Qu­li­ye­va­nın ulu ön­dər Hey­dər Əli­yev si­ya­si ir­si­nə həsr olun­muş “Hey­dər Əli­yev və mə­nə­vi-este­tik də­yər­lər” (Ba­kı, “Azər­nəşr”, 2002), “Hey­dər Əli­yev si­ya­sə­ti: mil­li döv­lət, mil­li li­der, və­tən­daş­lıq, mənəviyyat” (Ba­kı, “Elm”, 2019) ad­lı mo­noq­ra­fi­ya­la­rı­nın əsa­sı­nı təş­kil edən öl­kə­də və xa­ric­də çap olun­muş “Hey­dər Əli­yev si­ya­sə­ti­nin müd­rik­lik gü­cü”, “Hey­­dər Əli­­ye­­vin Ulu ön­­dər­­lik missiya­­sı”, “Hey­­dər Əli­­yev si­­ya­­si kursu­­nun tən­­tə­­nə­­si“, “Ulu ön­­dər Hey­­dər Əliyevin si­­ya­­si ida­­rə­­çi­­lik proq­­ra­­mın­­da ma­a­­rif­­çi Cə­­lil Məm­­məd­­qu­­lu­­za­­də ir­­si”, “Böyük ina­­mın təs­­di­­qi. ru­­hun şad ol­­sun Ulu Ön­­dər!”, “Azər­­bay­­can – Tür­­ki­­yə birlik, həm­­rəy­­lik fəl­­sə­­fə­­si”, “Azər­­bay­­can­­da et­­no-mil­­li və re­­gi­o­­nal iden­­tik­­li­­yin inkişaf stra­­te­­gi­­ya­­sı”, “Azər­­bay­­can­­çı­­lıq ide­o­­lo­­gi­­ya­­sın­­dan multikul­­tu­­ra­­liz­­mə ki­­mi mil­­li mədəniy­­yət­­lə­­ra­­ra­­sı di­a­­loq fəl­­sə­­fə­­miz”, “Mul­­ti­­kul­­tu­­ra­­liz­­min “di­a­­loq fəl­­sə­­fə­­si”nə tətbiqi­­nin el­­mi me­­to­­do­­lo­­ji as­­pekt­­lə­­ri (prob­­le­­mə gi­­riş)”, “Mul­­ti­­kul­­tu­­ra­­lizm eti­­ka­­sı - tərəq­­qi kon­­sep­­si­­ya­­sı”, “Qlobal­­laş­­ma döv­­rün­­də qlo­­bal an­­ti­e­­ti­­ka mə­­sə­­lə­­lə­­ri və problemin həl­­lin­­də or­­taq türk ailə­­si mo­­de­­li”, “Qo­­bus­­tan qa­­ya­­üs­­tü abi­­də­­lə­­rin­­də qə­­dim türk ailə­­si­­nin “di­a­­loq  fəl­­sə­­fə­­si”” kimi bir sır­a el­mi mə­qa­lələri yer alıb.

Ha­be­lə müəllifin çağ­daş döv­rü­mü­zün re­al­lı­ğı, süni intellekt hadisəsi, intellekt fəlsəfəsinin tarixi və müasir problemləri ilə bağ­lı dol­ğun də­lil­lə­rə əsas­la­nan “Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri” ad­lı ge­niş el­mi oçerk­  və digər ak­tu­al möv­zu­lu, el­mi ye­ni­li­yə əsas­la­nan əhə­miy­yət­li mə­qa­lə­lə­ri­ maraq doğurur.

Bun­dan baş­qa, vəsaitdə X.Qu­li­ye­va­nın rəsmi döv­lət sənədlərindən irə­li gə­lən vəzifə­lər is­ti­qa­mə­tin­də bö­yük maa­rif­çi­lə­ri­miz Mir­zə Cə­lil, Ə.Haq­ver­di­yev, görkəm­li fi­lo­sof alim Ziyəddin Gö­yü­şov ya­ra­dı­cı­lı­ğı­na həsr edilən mə­qa­lə­lə­ri, vətən­ mövzusunda ak­tu­al­lıq kəsb edən “Sülh gö­­zəl­­dir, tor­­paq­­lar isə mü­­qəd­­dəs­­dir”, “Azər­­bay­­ca­­nın haqq mü­­ba­­ri­­zə­­si – 2020: ta­­rix, hə­­qi­­qət­­lər və re­­al­­lıq”, “Azərbaycan-Türkiyə birlik, həmrəylik fəlsəfəsi XXI əsrin mədəniyyətlərarası dialoq çağırışları kontekstində”, “Gö­­zün ay­­dın Azər­­bay­­can! Gö­­zün ay­­dın Türkiyə!” si­ya­si-fəlsə­fi səp­ki­li ta­ri­xi el­mi oçerk­ləri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: