Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

Qafqazşünaslıq İnstitutu tərəfindən MEK-ə nəşrlər hədiyyə edilib
08.05.2021 11:13
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutu tərəfindən MEK-ə nəşrlər hədiyyə edilib

AMEA-nın Qafqazşünaslıq İnstitutu tərəfindən Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər hədiyyə edilib.

Kitablar Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasət və böyük dövlətlərin region siyasətini əhatə edir. Nəşrlər sırasında 2 nüsxədə “Qafqazşünaslıq” jurnalı, “Qafqazşünasların II beynəlxalq forumu” adlı məqalələr toplusu, L.Mirzəzadə, G.Feyziyeva və Ş.Tağıyevanın “Rusiya Federasiyasının Dağıstan Respublikası: daxili ictimai-siyasi şərait” və L.Mirzəzadə və G.Feyziyevanın “Rusiya Federasiyasının Çeçenistan Respublikası: daxili ictimai-siyasi şərait”, Ş.Məmmədovanın “Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində (Azərbaycan məsələləri)”, “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” adlı və s. kitablar var.

Qeyd edək ki, kitabların bir qismi kitabxananın müvafiq fondlarına, digər qismi isə ötən il Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının MEK-ə hədiyyə etdiyi kitablar əsasında formalaşan kolleksiyaya daxil ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: