Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

Kimyaçı alimlərin monoqrafiyası çapdan çıxıb
18.05.2021 10:15
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin monoqrafiyası çapdan çıxıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları kimya elmlər doktoru, professor Minavər Cəfərova və kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva tərəfindən yazılmış “İon mayeləri polimerlər kimyasında” adlı monoqrafiya “Elm” nəşriyyatında işıq üzü görüb.

Monoqrafiya, ekoloji zərərsiz, iqtisadi baxımdan səmərəli, “yaşıl kimya” texnologiyalarını yaratmağa imkan verən, ion mayelərinin sintezi və polimer kimyası sahəsində mövcud olan geniş araşdırmaların təhlilinə həsr olunub.

Kitabda ion mayelərinin tətbiqi sahəsində aparılan tədqiqatlarının nəticələri ümumiləşdirilib, dünya miqyasında son on beş ildə yüksək molekullu birləşmələr sahəsində ən vacib müasir tendensiyalar və ion mayeləri kimi unikal birləşmələrin polimer kimyasında tətbiqinə dair ədəbiyyat məlumatları geniş araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: