Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

"Xalid Səid Xocayev" kitabı çapdan çıxıb
19.05.2021 11:50
  • A-
  • A
  • A+

"Xalid Səid Xocayev" kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, professor Cəlal Qasımovun Xalid Səid Xocayevin həyat və yaradıcılığına həsr olunmuş "Xalid Səid Xocayev" adlı kitabı nəşr olunub.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi millət vəkili, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylidir.

Professor Cəlal Qasımovun geniş oxucu kütləsi üçün nəzərdə tutulan "Xalid Səid Xocayev" adlı monoqrafiyasında tanınmış türkoloq alimin həyatı və yaradıcılığı arxiv materialları əsasında tədqiq edilib.

Kitabda X.S.Xocayevin Birinci Türkoloji Qurultayın keçirilməsi istiqamətində gördüyü qədirşünaslıq işləri qabarıq şəkildə verilib, onun tərcümələri, elmi-publisistik əsərləri və onların taleyi barədə geniş məlumat oxucuların diqqətinə çatdırılıb. Sovet siyasi repressiyalarının Xalid Səidin timsalında türkoloq alimlərimizə və türkçülüyümüzə vurduğu zərbələr zəngin arxiv materialları əsasında elmi ictimaiyyətin və geniş oxucu kütlələrinin ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: