Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

MEK tərəfindən “Niderland Azərbaycan Evi”nə kitablar hədiyyə edilib
20.05.2021 13:01
  • A-
  • A
  • A+

MEK tərəfindən “Niderland Azərbaycan Evi”nə kitablar hədiyyə edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondlarının zənginləşdirilməsi istiqamətində kitab mübadiləsinin aparılması önəmli faktorlardan biridir. MEK-in baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə mütəmadi olaraq bu istiqamətdə işlər davam etdirilir.

Görülən işlərin davamı kimi, mübadilə çərçivəsində bu dəfə MEK tərəfindən “Niderland Azərbaycan Evi”nə kitablar hədiyyə edilib. Xaqani Şirvaninin seçilmiş əsərləri, akademiklər Cəlal Əliyev və Budaq Budaqovun “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth”, akademik Yaqub Mahmudovun “Real history and confabulation on “Great Armenia””, Rafi Qurbanovun “Non-muslim minorities in Azerbaijan”, “Armenian terror: religious and historical monuments of Azerbaijan” və “Crimes by armenian terrorist and bandit groupings against humanity (XIX - XXI centuries)” kitabları “Niderland Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimliyə təqdim edilib.

Diaspor rəhbəri öz növbəsində kitabları Vaadhoeke bələdiyyəsinin mərkəzi kitabxanasına, Hollandiya parlamentinin üzvlərinə, Qeyri-Hökumət Təşkilatlarına və media nümayəndələrinə təqdim edəcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: