Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

“Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” kitabı çap edilib
24.05.2021 12:28
  • A-
  • A
  • A+

“Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” kitabı çap edilib

AMEA-nın İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın “Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” adlı monoqrafiyası nəşr olunub.

Kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü Şahbaz Muradov və müəssisənin elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradovdur. Kitabın rəyçiləri i.e.d., professor Müşviq Atakişiyev və i.f.d., dos. Pərviz Həsənovdur.

Monoqrafiyada sosial təminat siteminin nəzəri əsasları, sosial təminat sisteminin dövlət tənzimləməsi istiqamətləri verilib. Liberal və dirijist sisitemlərdə sosial təminat sistemləri ətraflı təhlil olunub. İlk dəfə olaraq Azərbaycanda sosial təminat sisteminin liberallığı-dirijistliyi səviyyəsi ölçülüb, sosial təminat sisteminin tənzimlənməsi istiqamətləri göstərilib.

Kitab elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: