Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  MÜXBİR ÜZVLƏR

Kazımzadə Aydın Həsən oğlu
Anadan olduğu yer Naxçıvan Muxtar Respublikası, Ordubad şəhəri 
Təvəllüdü 08.08.1950 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti 
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


01.04.10

Yarımkeçiricilər və dielektriklər fizikası

İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


01.04.10

Yarımkeçiricilər və dielektriklər fizikası

A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar

Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

30.06.2014

Fizika 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 322 
Xaricdə çıxmış elmi əsərlərinin sayı 138 
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 88 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı


9

Əsas elmi nailiyyətləri İlk dəfə olaraq kristallik maddələrdə anomal fotokeçiricilik və elektrik sahəsi ilə induksiyalanmış aşqar fotokeçiriciliyi hadisələrini müşahidə etmiş, yarımkeçiricilərdə Oje rekombinasiyanın yeni mexanizmini təklif etmişdir. Laylı quruluşa malik olan kristallarda keçiriciliyin anomal böyük anizotropluğunun səbəbini aydınlaşdırmış və yüksək optik həyəcanlaşma halında Anderson keçidinin yeni növünü müşahidə etmişdir. Müstəvi və həcmi qəfəslərdə Mott keçidinin kriteriyalarını müəyyən etmişdir. Sendviç fotorezistorlarda fotokeçiriciliyin gücləndirilməsi üçün yeni mexanizm təklif etmişdir. 
Elmi əsərlərinin adları 1. Kazımzadə A.H., Salmanov V.M., Hüseynov A.H., Həsənova L.H., Məmmədov R.M. Оптические нелинейности в кристаллах Lazer həyəcanlaşması zamanı GaSe və InSe kristallarında optik qeyri xəttilik. (rus dilində). Optika i spektroskopiya, 2014, т.116, №- 4, с.641-644

2. Kazımzadə A.H. Elementar zərrəciklərin elektrik yükünü hesablamaq üçün emprik qayda (inglis dilində). J. Modern Physics (Published) online), 2010, Vol 1, N 2, pp.108-109

3. Kazımzadə A.H., Salmanov V.M., Moxtari A.Q., Dadaşova V.V., Ağayeva A.A. GaSxSe1-x bərk məhlul monokristallarında elektrolüminessensiya və fototriqqer effekti (rus dilində). Fizika Texnika Poluprovodnikov, 2008, 42, N.5, s.532-535.

4. Kazımzadə A.H., Ağayeva A.A., Salmanov V.M., Moxtari A.Q. GaSe monokristallarının yüksək optik həyəcanlaşma halında fotokeçiriciliyi (rus dilində). Neorqaniçeskiye materialı, 2008, 44, № 4, s.1-5.

5. Kazımzadə A.H., Ağayeva A.A., Salmanov V.M., Moxtari A.Q. GaSe və InSe layvari kristalları əsasında optik şüalanma detektorları (rus dilində). JTF, 2007, 77, № 12, s.80-82.

6. Kazımzadə A.H., Salmanov V.M., Dadaşova V.V. GaSxSe1-x bərk məhlul monokristalları əsasında elektrolüminessensiyalı çeviricilər (rus dilində), Prikladnaya fizika, 2007, № 4, s.119-121.

7. Kazımzadə A.H., Salmanov V.M., Abasova A.Z., Həsənova L.H., Dadasova V.V. А3В6-tip layvari kristalların elektrik xassələrinin xüsusiyyətləri (ingilis dilində). TPE-06 3 rd Intern. Conference on Technical and Physical Problems in Power Engineering, Ankara, Turkiye, 2006, p. 655-658.

8. Kazımzadə A.H., Dadaşova V.V. InSe-GaSxSe1-x heterokeçidləri əsasında koordinata-həssas bipolyar elementlər, AMEA-nın xəbərləri, 2005, 25, № 2, s.83-87.

9. Kazımzadə A.H. Qarşılıqlı təsirlərin birləşdirilməsi haqqında. Bakı Universitetinin xəbərləri, fiz.-riy.elm.ser., 2004, № 1, s.93-108.

10. Kazımzadə A.H., Abasova A.Z., Salmanov V.M. Həsənova L.H., Məmmədova A.H. –A3B6 –tip layvari kristallarda yığım defektlərinin öz-özünə təşkili və Anderson lokallaşması (ingilis dilində). Mat.Sci.and Engineering , 2002, B 88, p.282-285.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü “Bakı Universitetinin xəbərləri” jurnalının baş redaksiya heyətinin üzvü, baş redaktorun müavini; D 02.012 dissertasiya şurasının sədri
Pedaqoji fəaliyyəti 1973-cü ildən başlayaraq pedaqoji fəaliyyətlə məşğul olur. Bu müddət ərzində ümumi fizika kursu, fizikanın müasir problemləri və yarımkeçiricilər fizikasının müxtəlif sahələri üzrə mühazirələr oxumuş, laboratoriya və seminar məşğələləri aparmış, magistr dissertasiyalarına, buraxılış və kurs işlərinə rəhbərlik etmişdir. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1996-cı ildən BDU-nun Fizika fakültəsi nəzdində “Tətbiqi fizika” ixtisası açılmış, bu ixtisas üzrə tədris planı və proqramları hazırlanmışdır. Yarımkeçiricilər fizikası üzrə bir neçə dərs vəsaitinin müəllifidir. 
Digər fəaliyyəti 2002-ci ildən başlayaraq Dünya Bankı tərəfindən həyata keçirilən “Müəllim hazırlığı/Pedaqoji təhsil”, “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi”, Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası”, “Təhsilin əsasları fənni üzrə kurikulum hazırlanması”, “Əlavə təhsil sisteminin müasirləşdirilməsi” təhsil islahatı layihələri üzrə milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 
Təltif və mükafatları 1. Elm və texnika sahəsində respublika Lenin Komsomolu mükafatı laureatı - 1976

2. Əməkdar elm xadimi - 2009

3. Beynəlxalq Elm Fondu, Soros mükafatı - 1993 
İş yeri və ünvanı Bakı Dövlət Universiteti, Z.Xəlilov küç.,  23 
Vəzifəsi Elm və innovasiyalar üzrə prorektor; Yarımkeçiricilər fizikası kafedrasının müdiri 
Xidməti tel. (+994 12) 5371924 
Mobil tel . (+994 50) 2330504 
Ev tel. (+994 12) 4317796 
Faks (+994 12) 5983376 
Elektron poçtu bsu_aydin@yahoo.com