Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Həqiqi üzvlər

Məmmədov Yusif Əbülfət oğlu
Anadan olduğu yer Ermənistan SSR, Sisyan rayonu, Dəstəgird qəsəbəsi
Təvəllüdü 24.01.1950 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsi
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

1211.01-1212.01

Diferensial tənliklər və riyazi fizika

Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


1211.01

Diferensial tənliklər

Ümumi şəkilli adi diferensial  tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlər üçün çıxıqlar üsulunun əsaslandırılması
Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

2001

Riyaziyyat
Həqiqi üzv seçilməsi:

- tarix

- ixtisasın adı


02.05.2017

Riyaziyyat

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
115

 

34

 

24 (referatlaşdırılan)

14 (indeksləşdirilən)
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-         elmlər doktorlarının sayı

12

1

Əsas elmi nailiyyətləri 1.Diferensial operatorların məxsusi qiymətlər çoxluğunun sonlu limit nöqtələri ətrafında requlyarlıq, sanki requlyarlıq, normallıq anlayışlarını vermiş, funksiyaların belə operatorların məxsusi elementləri üzrə ayrılış düsturunu tapmışdır.

2.İkitərtibli adi diferensial operatorun sanki requlyarlığı ilə əmsalların periodiklik xassələri arasında əlaqəni aşkara çıxarmışdır.

3.Şredinger tipinə çırlaşan parabolik tənliklər üçün birölçülü qarışıq məsələləri həll etmişdir.

4.Kritik sərhəd rejimində elektrik dövrəsində sönmə dekrementinin loqarifmik sürətlə artması faktını isbat etmişdir.

5.Şturm-Liuvill tənliyində sıxlıq funksiyasının kompleks olduğu halda məxsusi qiymətlər üçün asimpotik ifadələr tapmışdır.

Elmi əsərlərinin adları 1. Əmsallarının polyar məxsusiyyəti olan spektral məsələlər halında ayrılış düsturu. SSRİ EA-nın məruzələri, 1988, cild 300, № 5, səh. 1059-1063

2. Adi diferensial tənliklər sistemi üçün spektral məsələnin həllinin çıxıqları üzrə ayrılış haqqında. Difer. tənliklər, 1989, c.25, № 3, səh. 409-423

3. Kompleks sıxlıq halında Şturm-Liuvill məsələsi haqqında. BDU xəbərləri, Fiz-riyaz.elmləri ser., 1989, № 1, səh.133-142

4. İkitərtibli tənliklər üçün spektral məsələlərdə sanki requlyar şərtlər. Nəzəri Fizika Kommunik. (Pekin, Çin Elm.AK-sı) 2004, c.41, № 5, səh. 649-654

5. Elektrodinamikanın kritik (böhranlı) məsələlərinin riyazi təhlili (monoqrafiya) – Bakı, “Elm”, 2010, 210 səh.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. YUNESKO-nun Azərbaycan Respublikasında “Bioetika, Elmi biliklərin və texnologiyaların etikası Milli komitəsi”nin üzvü.

2. AMEA-nın FRTEB-nin büro üzvü, Akademik katibin müavini.

3. Azərbaycan Riyaziyyat Cəmiyyətinin və Türk dünyası Riyaziyyat cəmiyyətinin üzvü.

4. TDRC-nin “Nəzəri və tətbiqi riyaziyyat” elmi məcmuəsinin, “AMEA-nın Xəbərləri”, “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnallarının, respublika miqyaslı bir-neçə digər elmi jurnalların redaksiya heyətlərinin üzvü, “ADPU xəbərləri” jurnalının baş redaktoru.

5. ADPU-da fəaliyyət göstərən SD.02.061 Dissertasiya Şurasının sədri.

Pedaqoji fəaliyyəti 1971-2014 (BDU, müəllim – dosent – professor – kafedra müdiri)
Digər fəaliyyəti Dissertasiya işlərinə rəhbərlik, opponentlik, Təhsil Nazirliyi kollegiyasının üzvü, Pedaqoji təhsil üzrə koordinasiya Şurasının sədri, YAP Səbail r-n təşkilatı idarə heyətinin üzvü kimi fəaliyyəti.
Təltif və mükafatları 1. Əməkdar elm xadimi fəxri adı - 2000;

2. “Şöhrət” ordeni - 2010.

İş yeri və ünvanı Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Ü.Hacıbəyov küçəsi, 34
Vəzifəsi  
Xidməti tel. (+994 12) 4930032;

(+994 12) 4930026

Mobil tel . (+994 50) 3136019
Ev tel. (+994 12) 4731477
Faks (+994 12) 5981035
Elektron poçtu rector@adpu.edu.az