Ünvan | Hüseyn Cavid prospekti, 117 | |
Tel. | (+994 12) 5387116 | |
Faks | (+994 12) 4371772 | |
Elektron poçtu | elmiirsshobesi@science.az | |
Struktur bölmənin rəhbəri AMEA Ekspert Yoxlama Komissiyasının sədri |
Hacıyeva Zemfira Əli qızı
Tarix üzrə elmlər doktoru, dosent (+994 12) 4371772, 5387116 |
|
Struktur bölmənin işçiləri |
Əliyarlı Nərgiz Aydın qızı şöbə müdirinin müavini Tel.: (+994 12) 5387120 E-poçt: nargiz971@yandex.com Cəlilova Solmaz Cəlil qızı baş mütəxəssis Həsənov Ramin Əyyar oğlu baş mütəxəssis Həmidov Nofəl İskəndər oğlu baş mütəxəssis Rəsulova Milana Aydınovna baş mütəxəssis Həsənova Sevinc Nizami qızı baş mütəxəssis Abasova Nuranə Tahir qızı aparıcı mütəxəssis |
|
Struktur bölmənin fəaliyyət istiqamətləri |
AMEA Rəyasət Heyəti aparatının nəzdində 40-cı illərdə yaradılan və hal-hazırda fəaliyyət göstərən Elmi İrs şöbəsi Elmi Arxivin varisi kimi AMEA Rəyasət Heyətinin 1 sentyabr 2003-cü il 19/2 saylı Qərarına əsasən yaradılmışdır. Müəyyən vaxtlarda mərkəz kimi fəaliyyət göstərib, 21 fevral 2020-ci il AMEA RH-nin 60 nömrəli qərarına əsasən Elmi irs şöbəsi adlandırılıb. Şöbə öz fəaliyyətində aşağıdakı funksiyaları həyata keçirir: 1)Elmi irs şöbəsi xüsusi əhəmiyyət kəsb edən qiymətli arxiv sənədlərinin mühafizəsini qanunvericilikdə – Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrli Fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş normativ hüquqi aktların, "Milli Arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təşkil edir; 2)Qanunvericiliyə uyğun AMEA rəhbərliyi tərəfindən həvalə olunmuş digər funksiyaları həyata keçirir; 3)Elmi irs şöbəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri fondlarda mühafizə edilən sənədlər əsasında müxtəlif məcmuələrin, monoqrafiyaların, məqalələrin, bülletenlərin icmalların çap edilməsidir; 4)Şöbə AMEA-nın və respublikanın digər elmi müəssisə və təşkilatlarından keçmiş MDB ölkələrinin müvafiq qurumlarından mühüm məlumatları əldə edir; 5)AMEA-nın elmi müəssisə və təşkilatlarından şöbəyə daxil olan daimi və uzunmüddətli sənədləri dövlət mühafizəsinə qəbul edir; praktiki əhəmiyyətini itirmiş sənədləri elmi ekspertizaya cəlb edir, aktlaşdıraraq müvafiq qaydalara əsasən məhv edir; 6)Ekspert-yoxlama komissiyasının işini təşkil edir, komissiyanın rəyi əsasında görkəmli Azərbaycan alimlərinin şəxsi fondlarını yaradır; 7)Şöbə tərəfindən elmi müəssisə və təşkilatlardakı arxivlərə nəzarət edilir, lazımi metodiki köməklik göstərilir; 8)Azərbaycanda və xaricdə fəaliyyət göstərən görkəmli alimlərin şəxsi fondlarının yaradılması məqsədilə elmi müəssisə və təşkilatlardan, digər qurumlardan, varislərdən qiymətli sənədləri (bağışlama, auksion yolu və s.) əldə edir; 9)Müəyyən olunmuş qaydaya əsasən elmi müəssisə və təşkilatlar, elmi işçilər, həmçinin Azərbaycanda və xarici ölkələrdə yaşayan vətəndaşlar tərəfindən daxil olan sorğuları cavablandırır; 10)Arxiv işinə aid innovasiyalara əsaslanaraq iş fəaliyyətini təkmilləşdirir, arxiv sənədlərinin rəqəmsallaşdırılması işini təşkil edir, AMEA Rəyasət Heyətinə arxiv işi ilə bağlı səmərəli təkliflər verir; 11)Elmi irs şöbəsinin arxiv studiyasında alimlərin həyat və yaradıcılığını əks etdirən müxtəlif tədbirlər həyata keçirilir; 12)Oxu zalında yerli tədqiqatçılarla yanaşı xarici ölkələrdən gəlmiş vətəndaşların müraciətlərini təmin edir. |
|
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |