Tel. | (+994 12) 5397213 | |
Faks | ||
Elektron poçtu | depart17@iit.science.az | |
Struktur bölmənin rəhbəri | Akademik, professor Əliquliyev Rasim Məhəmməd oğlu | |
İşçilərin ümumi sayı | 12 | |
Əsas fəaliyyət istiqamətləri | 1. İnformasiya cəmiyyətinin elmi-nəzəri problemləri;
2. İnternetşünaslığın problemləri; 3. İnternetin tənzimlənməsi problemləri; 4. E-dövlət problemləri; 5. İnformasiya iqtisadiyyatı problemləri; 6. İnformasiya müharibəsi problemləri; 7. Sosial şəbəkə problemləri; 8. Sosial medianın problemləri. |
|
Əsas elmi nəticələri | - Loq-faylların analizi əsasında İnternetdə istifadənin analizi üçün metod və alqoritmlər işlənmişdir;
- Spamlarla mübarizə metodları işlənilmişdir; - İnternetin hüquqi tənzimlənməsi problemləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir; - E-dövlətin formalaşdırılması və səmərəli idarə olunmasının əsas prinsipləri tədqiq edilmiş və müqayisəli təhlillər aparılmışdır; - E-dövlətin idarə edilməsində əks-əlaqə mexanizmi kimi GİS texnologiyalar və informasiya fəzasının kontent analizi metodları təklif olunmuşdur; - Viki-mühitdə informasiya müharibəsi texnologiyaları analizi üçün metod və alqoritmlər işlənilmişdir; - Viki-mühitdə gizli sosial şəbəkələrin aşkarlanması üçün metod və alqoritm işlənilmişdir; -İnformasiya qarşıdurmasında multimedia resurslarının effektiv tətbiqi üçün metod və alqoritm işlənilmişdir; - Viki-mühitdə toplanmış kontentin informasiya təsirində yararlılığının təyini üçün metod və alqoritm işlənilmişdir; - İnternet-asılılıq problemləri araşdırılmış, onunla mübarizə üçün metodlar işlənilmişdir; - Əşyaların İnterneti konsepsiyasının perspektivləri və problemləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir; - İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transformasiyası məsələləri analiz edilmiş, müəyyən nəticələr alınmışdır; - İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması problemlərinin həlli üçün təkliflər işlənilmişdir; - İnternet-medianın formalaşması məsələləri araşdırılmış, müvafiq təkliflər işlənilmişdir; - İnternetin fəlsəfi, sosial, psixoloji, siyasi, iqtisadi, mədəni və etik aspektləri analiz edilmiş, müəyyən nəticələr alınmışdır; - Azərbaycanda ilk dəfə olaraq “İnformasiya cəmiyyətinin əsasları” kursu formalaşdırılmış və 2008-2012-ci illərdə pilot layihəsi kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə tədris edilmişdir. |