Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Çökmə hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi

Çökmə hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi
Tel. (+994 12) 5101163
Faks (+994 12) 5372285 
Elektron poçtu fakper@gmail.com
Struktur bölmənin rəhbəri Akademik Feyzullayev Əkbər Əkbər oğlu
İşçilərin ümumi sayı 17
Əsas fəaliyyət istiqamətləri  Üzvi maddənin, neftin və qazın geologiyası və geokimyası;

Palçıq vulkanizmi;

Çökmə hövzələrinin flüid dinamikası;

Hövzə modelləşdirilməsi;

Neftin və qazın geoloji-geokimyəvi axtarış meyarlarının işlənilməsi.

Əsas elmi nəticələri Kompleks tədqiqatlar nətiçəsində müəyyən edilmişdir ki: Cənubi Xəzər hövzəsində (CXH) üzvü maddənin (ÜM) toplanması sahil xəttinin nisbi yaxinlığı şəraitində baş vermişdir və bunun nəticəsi olaraq ÜM qarışıq kontinental-dəniz tiplidir; məhsuldar qatda (MQ, alt pliosen) olan neft yataqları əsasən epiqenetik təbiətlidirlər və onların formalaşmasında əsas rolu maykop və diatom çöküntülərinin neft ana süxurları oynayır. Müəyyən olunmuşdur ki, palçıq vulkanı və yataqların neft və qazlarının kimyəvi və izotop tərkibi çox geniş dəyişmə diapazonu ilə xarakterizə olunur. Və bu da onların generasiya və miqrasiya intervalının dərinliyinin cox olduğunu (5-15 km) göstərir. CXH MQ-da neft yataqlarının formalaşmasında miqrasiyanın iki əsas fazası aşkar olunmuşdur. CXH-də baş verən neft və qazın əmələ gəlmə proseslərinin, miqrasiyasının, onların sənaye yığımlarının formalaşması və saxlanmasının, eləcə də anomal flüid təzyiqlərinin məkan qeyri-bircinslilliyi müəyyən edilmişdir; böyük dərinliklərdə KH-in faza vəziyyətinin və neft-qazlılığının proqnozu verilmiş, onların geokimyəvi və geofiziki metodları ilə diaqnostika imkanlarına baxılmışdır. Kompleks geoloji-geofiziki və GPS məlumatların və karbohidrogenlərin generasiya və migrasiya şəraitlərinin məkanda dəyişmə qanunauyğunluqların analizi əsasında Cənubi Xəzər çökəkliyində neft və qaz yataqlarının formalaşmasının geodinamik modeli işlənib hazırlanmışdır. İlk dəfə olaraq Azərbaycan ərazisində radon qazının paylanma qanunauyğunluqları və təbiəti örənilmişdir, əhalinin sağlamlığına təsir edə bilən riskli zonalar müəyyən edilmişdir və riskin azadılmasına dair təkliflər işlənib hazırlanmışdır.

Azərbaycanın palçıq vulkanlarının (PV) komleks tədqiqi vasitəsilə bir sıra nəticələr əldə edilmişdir: göstərilmişdir ki, PV və KH yataqları çökmə qatda vahid bir neft-qaz əmələgəlmə prosesinin törəməsidir; PV fəaliyyətinin maye, bərk və qaz halında olan məhsullarının generasiya dərinliyi qiymətləndirilmişdir; CO2-nin çox ağır izotopunun (>5‰) genezisi aşkar edilmişdir; KH-in 20-dən artıq tsiklik komponentləri müəyyən edilmişdir ki, bunlar da KH-in 120-150°C-ə yaxın temperaturda generasiya olunmasının əlaməti hesab olunur; PV-dan ayrılan metanın ümumi axını müəyyən olunmuşdur və onun iqlimin qlobal dəyişmələrində rolu qiymətləndirilmişdir; PV kanalında baş verən proseslər və mikrob qrupları haqqında ilk təsəvvürlər yaranmışdır; ilk dəfə olaraq berilliumun kosmogen izotopları (B9 и B10) əsasında Daşgil PV-da brekçiyanın yaşının ən azı 4 mln.il olduğu müəyyənləşdirilmişdir; Yer və Marsa aid güman olduğu palçıq vulkanlarının geoloji şəraitinin, fəza assosiasiyasının və morfologiyasının müqayisəli təhlili verilmişdir.