Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Bitki ehtiyatları şöbəsi

Bitki ehtiyatları şöbəsi
Tel. (+994 12) 502 43 30
Faks  
Elektron poçtu eldar_novruzov@yahoo.co.uk
Struktur bölmənin rəhbəri Eldar Novruz oğlu Novruzov

Biologiya elmləri doktoru, professor

İşçilərin ümumi sayı 18
Əsas fəaliyyət istiqamətləri 

Müxtəlif qrup faydalı bitkilərin axtarılması və təftişi;

Faydalı bitkilərin kimyəvi tərkibinin tədqiqi;

Faydalı bitkilərin biokimyəvi xüsusiyyətlərinin tədqiqi;

Faydalı bitkilərdən səmərəli istifadə texnologiyalarının hazırlanması;

Faydalı bitkilərin ehtiyatının öyrənilməsi;

Faydalı və ehtiyatı az olan növlərin introduksiyası.

Əsas elmi nəticələri

Aparılmış tədqiqatlar nəticəsində Azərbaycan florasında 1600 növ dərman bitkisi (onlardan 180 növü rəsmi dərman bitkisi) 870 efir yağlı, 605 alkoloidli (onlardan 177 növ ilk dəfə), 408 antosian, 587 flavanoid, 307 karotinoid, 250 növ kumarin, 8 qlikoalkoloid, 18 betasian saxlayan, 400 vitaminli, 200 tanninli, 600 balverən, 180 piy-yağlı, 1500 texniki boyaq bitkisi, 30 təbii yeyinti rəngi verən bitki aşkar edilmişdir.

Bu bitkilərdən antosian, flavonoid, karotinoid, kumarin, seskviterpen laktonlarına aid 100-ə yaxın yeni birləşmə alınmış və onların quruluşu müəyyən edilmişdir.

200 növdən çox meyvə, giləmeyvə bitkilərinin arealı, kimyəvi tərkibi tədqiq edilmiş və perspektivliyi göstərilmişdir.

100 növdən çox efir yağlı bitkinin efir yağlılığı, efir yağının komponent tərkibi müəyyən edilmişdir.

Biokimyəvi tədqiqatlarla bu maddələrin bitkidə əmələ gəlməsi, sintezi, onlara təsir edən biotik və abiotik amillər, toplanma qanunauyğunluqları, bitkilərin kimyəvi tərkibi ilə ekoloji qrupları, həyatı formaları, coğrafi mənşəyi və təkamülü arasında qanunauyğunluqlar aşkar edilmişdir.

Tədqiq edilən bitkilərdən interferon aktivliyinə malik antosian, xərçəng xəstəliyi əleyhinə, ağciyər və yuxarı tənəffüs yollarının iltihabını müalicə edən tibbi vasitələr və digər bioloji fəal maddələrin alınma texnologiyaları hazırlanmış, bunlara 40-dan çox müəlliflik şəhadətnaməsi, 10-dan çox respublika və avroasiya miqyaslı patentlər alınmışdır.

Bioloji fəal ekstraktların və  efir yağlarının, antimutagen, sitogenetik, antibakterial, antimikrob, antioksidant xüsusiyyətləri müəyyən edilmişdir.

Təbii yeyinti rəngləri, efir yağları yeyinti sənayesinin müxtəlif sahələrində xüsusilə qənnadı, ət məhsulları, konservlər, spirtsiz içkilər və s. istehsalında sınaqdan keçirilmiş və tətbiq edilmişdir.

40 növdən çox sənaye əhəmiyyətli, dərman, efir yağlı, yeyinti rəngi saxlayan bitkilərin bioekoloji, biokimyəvi xüsusiyyətləri və aqrotexniki xüsusiyyətləti öyrənilmişdir.

100 növdən çox dərman, efir yağlı, rəngverən bitkilərin ehtiyatı öyrənilmişdir.