Veb-sayt | ||
Bölmənin ünvanı |
AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76 |
|
Tel. |
(+994 36) 5446580 |
|
Faks |
(+994 36) 5454622 |
|
Elektron poçtu | ||
Bölmənin yaranma tarixi |
Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu üçün, 2004-cü ildə isə Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanası, Əlyazmalar Fondu, Nəşriyyat və Elmi Kitabxana üçün bina ayrılmış və müasir tələblər səviyyəsində yenidən qurularaq təmir edilmişdir. 2005-ci ildə Bölmənin Bioresurslar İnstitutunun müasir tələblərə cavab verən binası, 2010-cu ildə isə İnstitutun Biokimyəvi Tədqiqatlar laboratoriyasının binası istifadəyə verilmişdir. 2005-ci ildə Bölmənin nəşriyyatı fəaliyyətə başlamış və ilk olaraq Gəmiqaya ilə bağlı xüsusi nömrə çapdan çıxmışdır. Ötən dövr ərzində bölmənin iki seriyada nəşr olunan “Elmi əsərlər” (əvvəlcə “Xəbərlər” adı ilə) jurnalının 60 (bunlardan 28-i humanitar, 29-u dəqiq elmlər seriyası üzrə, 3-ü isə xüsusi nömrə kimi nəşr olunmuşdur), “Axtarışlar” jurnalının isə 36 nömrəsi işıq üzü görmüşdür. Bölmədə Naxçıvanın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, təbii ehtiyatlarının araşdırılmasında elmi istiqamətlər müəyyən edilmiş, müvafiq profillərə uyğun elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm nəticələr əldə olunmuşdur. İki cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, üç cildlik “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, üç cildlik “Naxçıvanın folkloru antologiyası”, iki cildlik Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırki vəziyyəti və perspektivləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas (üç dildə), “Naxçıvan coğrafiyası” (iki cilddə) kimi fundamental nəşrlər işıq üzü görmüşdür. Ümumiyyətlə, Bölmənin fəaliyyəti dövründə əməkdaşların 228 monoqrafiyası, 210 kitabı, 28 metodik vəsaiti, 6 dərs vəsaiti, 8761 elmi məqaləsi, 219 tezisi, 22 atlas və xəritəsi çap olunmuşdur. Bölmə əməkdaşları 5 tövsiyə, 50 buklet hazırlamış, 28 patent almışlar. Əsərlərdən 24 monoqrafiya, 19 kitab, 1862 məqalə, 71 tezis xaricdə çapdan çıxmışdır. Bölmə əməkdaşları 4-ü beynəlxalq olmaqla 23 qrant layihəsinin qalibi olmuşlar. AMEA-nın Naxçıvan Bölməsində fəaliyyət göstərən Dissertasiya Şuralarında 17 nəfər elmlər doktoru, 91 nəfər fəlsəfə doktoru elmi dərəcə almaq üçün müdafiə etmişlər. AMEA Naxçıvan Bölməsində 246 nəfər işləyir ki, bunların da 95 nəfəri elmi işçidir. Elmi işçilər arasında 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru, doktorant və dissertantlar vardır. |
|
Bölmənin sədri |
Akademik İsmayıl Muxtar oğlu Hacıyev Xid.tel.: (+994 36) 5502143 Mob.tel.: (+994 50) 2117658 E-mail: haciyev.i1951@gmail.com |
|
Bölmənin elmi katibi |
Rəşad Əli oğlu Zülfüqarov Xid.tel.: (+994 36) 5440964 Mob tel.: (+994 50) 3201248 E-mail: zulfuqarov_1981@mail.ru |
|
Rəyasət Heyətinin üzvləri |
Akademik İsmayıl Muxtar oğlu Hacıyev Akademik Tariyel Hüseynəli oğlu Talıbov Müxbir üzv Hacıfəxrəddin Yəhya oğlu Səfərli Müxbir üzv Əbülfəz Aman oğlu Quliyev Müxbir üzv Əliəddin Dəyyan oğlu Abbasov Müxbir üzv Vəli Baxşəli oğlu Baxşəliyev Müxbir üzv Tofiq Abbasəli oglu Əliyev |
|
Bölməyə daxil olan elmi tədqiqat müəssisələri |
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu |
|
Bölmənin tərkibində olan təşkilatlar | ||
Şöbələr | ||
ED 1.13 Dissertasiya Şurası - sədr - sədr müavini - elmi katib - üzvləri FD 1.24 Dissertasiya Şurası - sədr - sədr müavini - elmi katib - üzvləri
- üzvləri |
İsmayıl Muxtar oğlu Hacıyev Hacıfəxrəddin Yəhya oğlu Səfərli Emin Arif oğlu Şıxəliyev Vəli Baxşəli oğlu Baxşəliyev Qüdrət Seyfulla oğlu İsmayılzadə Oqtay Balaqədəş oğlu Sultanov Abbas Qadir oğlu Seyidov Arif Məhəmməd oğlu Məmmədov Fəxrəddin Adil oğlu Cəfərov Zeynəb Kərim qızı Quliyeva
2307.01 “Fiziki kimya” ixtisası üzrə Əliyev Tofiq Abbasəli oğlu Abbasov Əliəddin Dəyyan oğlu Hüseynov Qorxmaz Mansur oğlu Əliyev Akif Səttar oğlu Məmmədov Ələfsər Bəxtiyar oğlu 2303.01 “Qeyri-üzvi kimya” ixtisası üzrə Rzayev Bayram Zülfüqar oğlu Babayev Yasin Nağı oğlu Məmmədova Günel Aslan qızı Qarayev Əhməd Məmməd oğlu Yaqubov Nağı İbrahim oğlu |
|
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - büro üzvləri |
Gözəl Sultan qızı Qənbərova Orxan Rza oğlu Bağırov Emin Arif oğlu Şıxəliyev Zülfiyyə Hüseyn qızı İsmayıl Günel Aslan qızı Məmmədova |
|
Gənc alimlər və mütəxəssislər şurası - sədr - sədr müavini - elmi katib - üzvləri |
Ruslan Təvəkgül oğlu Məmmədov Hüseyn Sahib oğlu Rəsulzadə Leyla Nadir qızı İbrahimova Sara Nadir qızı Yasinova Nilufər Şahhüseyn qızı Ağayeva. |