Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

Kimyaçı alimlər beynəlxalq konfransda iştirak ediblər
19.11.2020 16:30
  • A-
  • A
  • A+

Kimyaçı alimlər beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Neft-kimya Prosesləri İnstitutunun laboratoriya müdiri və Bakı Mühəndislik Universitetinin kafedra müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayev Almaniyada onlayn rejimdə keçirilən “5-ci Yaşıl və Davamlı Kimya Konfransına” qatılıblar.

Kimyaçı alimlər konfransda “Neft-kimya sənayesində tətbiq oluna bilən yüksək keyfiyyətli üzvi reagentlərin alınması üçün zərif-üzvi sintez üsullarının kompüter tədqiqi” layihəsi çərçivəsində yerinə yetirdikləri elmi tədqiqatların nəticələrindən bəhs ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: