Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ИНТЕРЕСНАЯ ИНФОРМАЦИЯ

14 fevral “Beynəlxalq Kitab bağışlama günü”dür
14.02.2021 10:41
  • A-
  • A
  • A+

14 fevral “Beynəlxalq Kitab bağışlama günü”dür

2012-ci ildən etibarən 14 fevral tarixi ABŞ-ın məşhur “Delightful Children’s Books” uşaq kitab saytının yaradıcısı Emmi Brodmorun təşəbbüsü ilə “Beynəlxalq Kitab bağışlama günü” kimi qeyd olunur. Artıq bir neçə ildir ki, bu gün Azərbaycanda da bir sıra tədbirlər həyata keçirməklə qeyd olunur.

Bu bayramın əsas məqsədi adından da göründüyü kimi kitab bağışlayaraq, gənc nəsillərin mütaliəyə olan həvəsini daha da artırmaqdır. Bu münasibətlə dünyanın bir çox ölkəsində kitab bağışlama aksiyaları həyata keçirilir. Unutmayaq ki, dünyanın ən gözəl, ən dəyərli hədiyyəsi kitabdır.

Nəzdində bir milyondan artıq qiymətli elmi mənbələrin toplanıldığı, 6 mindən artıq oxucusu olan AMEA Mərkəzi Elmi Kitabxanası “Beynəlxalq Kitab bağışlama günü” münasibətilə maraqlı və təbliğat xarakterli videoçarx hazırlayıb.

Həmin videoçarxı linkə keçid edərək izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: