Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ИНТЕРЕСНАЯ ИНФОРМАЦИЯ

Alimlər Antarktika buz şelfinin altında qeyri-adi canlılar aşkar ediblər
17.02.2021 10:10
  • A-
  • A
  • A+

Alimlər Antarktika buz şelfinin altında qeyri-adi canlılar aşkar ediblər

Böyük Britaniyadan olan elm adamları Antarktikada buz şelfinin altında dəniz dibində süngərə bənzəyən naməlum canlılar aşkar ediblər.

Bu barədə “Frontiers in Marine Science” xəbər yayıb.

Canlılar Filxner Buz Şelfində kəşfiyyat qazma işləri zamanı tapılıb. Son tapıntıya qədər Antarktika sahillərində bentik həyat formalarının olmadığına inanılırdı.

Alimlər üzən buzlaqların altında tam qaranlıqda yaşayan balıq, qurd, meduza kimi canlılar tapa biləcəklərini düşünürlər.

“Bu müşahidələr, hansı orqanizm növlərinin gün işığından kənarda sağ qala biləcəyinə dair anlayışımıza meydan oxuyur”, - deyə məqalədə qeyd olunur.

Oxu.az

  • Поделиться: