Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

04.03.2021 16:12
  • A-
  • A
  • A+

“Azərbaycan incəsənətində Nizami obrazı” mövzusunda respublika elmi konfransı keçirilib

“Azərbaycan incəsənətində Nizami obrazı” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Nizami ili çərçivəsində “Azərbaycan incəsənətində Nizami obrazı” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq dünya mədəniyyətinin inkişafında Nizami yaradıcılığını yüksək qiymətləndirib və onun ümumbəşəri əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, Nizami ili çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında böyük humanist şairin poetik və fəlsəfi irsinə həsr olunmuş müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Akademikin sözlərinə görə, AMEA-nın Gəncə Bölməsi ilə birlikdə Nizaminin vətənində böyük tədbirin, həmçinin bu mövzuda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Nizami obrazı monumental heykəltəraşlıqda” adlı məruzə ilə çıxış edib. Alim qeyd edib ki, dünyanın bir çox ölkəsində Azərbaycan və xarici sənətkarların müəllifi olduğu Nizaminin monumental heykəlləri və büstləri var.

Konfransda müəssisənin Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, akademik Zemfira Səfərova Üzeyir Hacıbəylinin yaradıcılığında Nizami qəzəllərinə dair məruzə ilə çıxış edib.

Qeyd edək ki, konfransda ümumilikdə Nizami və onun qəhrəmanlarının obrazının bədii mədəniyyətin müxtəlif sahələrində - təsviri sənətdə, musiqidə, teatrda, kinoda təcəssümünə həsr olunmuş 11 məruzə təqdim edilib. Sözügedən məruzələrin nəşri planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: