Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

26.03.2021 19:41
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində Elm gününə həsr olunan tədbir keçirilib

Lənkəran Regional Elmi Mərkəzində Elm gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) 27 Mart – Elm Gününə həsr olunan onlayn seminar keçirilib.

Tədbirdə çıxış edən Lənkəran Regional Elmi Mərkəzinin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, Elm gününün təsis edilməsi, Azərbaycanda elmə verilən yüksək dəyər, eləcə də LREM-də aparılan elmi-tədqiqatların əhəmiyyəti barədə məlumat verib.

Sonra mərkəzin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev “Nizami-böyük alim kimi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki,  Nizaminin əsərlərində elmə yüksək qiymət verilib, ən çətin məsələlərin həllində elmin rolu önə çəkilib.

LREM-in direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova isə “Lənkəranda yaşayan uzunömürlülərin populyativ və sosial-bioloji xüsusiyyətləri” adlı məruzəsində Lənkəran-Astara bölgəsində uzunömürlülər arasında aparılan elmi-tədqiqat işlərindən danışıb və əldə edilən nəticələri diqqətə çatdırıb.

Seminarda, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev və digərləri Elm günü, onun əhəmiyyəti, institutlararası əməkdaşlıq, o cümlədən digər məsələlər barədə fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: