Sinxua Universiteti və Çin Elmlər Akademiyasının alimləri tərəfindən kriptovalyuta mayninqinin karbon tullantılarına təsiri haqqında keçirirlmiş araşdırma nəticəsində məlum olub ki, 2024-cü ilədək Çində bitkoinlərin mayninqi illik 130 milyon ton həcmində karbon tullantılarının yaranmasına səbəb olacaq.
Alimlər simulyasiya modelləşdirməsinin köməyi ilə Çində bitkoinlərin mayninqi vaxtı tullantıların axınını araşdırıblar. Müəlliflər aşkar ediblər ki, Çində maynerlər tərəfindən illik enerji istehlakı 2024-cü ildə 296,59 TVt/saat, karbon qazı tullantılarının həcmi isə 130,5 milyon metr ton təşkil edəcək.
Alimlərin məlumatına görə, 2020-ci ilin aprelinə olan vəziyyətə görə, qlobal blokçeyn əməliyyatlarının 78,89%-i Çinin payına düşüb.