Finlandiyanın Oulu Universitetinin alimləri 2018-ci ildə Avropanın cənubunda üzüm məhsulunda fəlakətli itkilərə səbəb olan güclü qar yağışının səbəblərini araşdırmaq üçün tədqiqatlar aparıb.
Araşdırmalar nəticəsində hadisənin səbəbinin Arktikadakı buz miqdarının azalması olduğu ortaya çıxıb.
"Buzun 50% azalması qışda güclü şəkildə buxarlanmağa başlayan buzsuz su sahəsinin artmasına səbəb oldu. Arktikanın cənubundakı atmosfer buxarının xüsusiyyətləri mənbəyinin Barents dənizinin açıq səthi olduğunu göstərir", - deyə alimlərin araşdırmasında deyilir.