5 iyun 2015-ci il tarixdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın əməkdaşlarına “Əmək veteranı” adının verilməsi haqqında” Sərəncamına uyğun olaraq yaradılmış komissiyanın iclası keçirilib.
İclasda komissiyanın üzvləri – AMEA-nın müxbir üzvü Rafiq Qasımov, AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, Birləşmiş Veteranlar Şurasının (BVŞ) sədr müavini Eldar Quliyev və komissiyanın katibi Tamilla Nağıyeva iştirak ediblər.
İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyyət göstərən əməkdaşlara “Əmək veteranı” adının və əmək veteranı vəsiqələrinin verilməsi məsələsinə baxılıb.
Komissiyada AMEA-nın 15 elmi müəssisə və təşkilatından BVŞ-yə daxil olmuş 176 əməkdaşın sənədlərinə baxılaraq müzakirə olunub, onlara “Əmək veteranı adı” və əmək veteranı vəsiqəsinin verilməsi məqbul hesab edilib.
Eyni zamanda, müəssisələrin veteran şuralarının sədrlərinə veteran vəsiqələrinin verilməsinin təntənəli surətdə təşkili tövsiyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.