Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

09.12.2016 16:30
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin iclası keçirildi

Biologiya və Tibb Elmləri Bölməsinin  iclası keçirildi

Bu gün AMEA-nın Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin Büro iclası keçirildi.

İclası giriş sözü ilən açan həmin bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev "İqlim dəyişiklikləri və Azərbaycanda yeraltı sulardan istifadə məsələləri" mövzusunda elmi məruzə ilə çıxış etdi. Alim məruzəsində son illər ərzində baş verən iqlim dəyişikliyi və onun səbəbləri haqqında məlumat verdi. Bildirdi ki, havanın temperaturunun artması nəticəsində 2030-cu ildə 3 milyarddan artıq insan su çətinliyi ilə qarşılaşacaq, ekoloji gərginlik müxtəlif fəsadlarla gündəmə çıxacaq. Azərbaycanda isə Naxçıvan ərazisində iqlim dəyişməsinin daha fəadlı nəticələrlə özünü göstərəcəyini  qeyd etdi.

Məruzədə qeyd olundu ki, Azərbaycanın su ehtiyyatlarının 75 faizi Kür və Araz çayları hesabına təmin olunur. Bu çaylar da Ermənistan və Gürcüstan tərəfindən ekoloji çirklənməyə məruz qaldığından ölkədə təmiz su mənbəyi azdır. Bu problemin həlli yolu isə ekoloji cəhətdən təmiz və yüksək potensiala malik kəhrizlərin bərpası olduğundan yeraltı sulardan istifadənin önəmini artırır. Azərbaycanın kəhrizlərdən istifadəyə görə dünya üzrə 4-cü yerdə qərarlaşdığını deyən alim, uzun illər istifadəsiz qalan su mənbələrinin yenidən bərpasına və mühafizəsinə ehtiyyac olduğunu bildirdi.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il üzrə Gənclər üçün Prezident mükafatı və "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi haqqında" Sərəncamından irəli gələn məsələlər müzakirə edildi. Elmi-təşkilati məsələlərin müzakirəsi zamanı bəzi institutların tərkibində sturktur dəyişiklikləri gerçəkləşdirildi, yeni şöbələrin yaradılması qərara alındı.

Sonda bir sıra kadr məslələrinə baxıldı.  

  • Поделиться: