Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
18.06.2021 14:51
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

İyunun 18-də AMEA-nın Yer Elmləri Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

İclasda bölməyə daxil olan elmi-tədqiqat müəssisələrinin baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Seçkilərin nəticəsinə əsasən, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov isə Təbiət Tarixi Muzeyinin yekdilliklə baş direktoru seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: