Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.04.2024 17:20
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib

Coğrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib.

Məktəbin müəllim-şagird kollektivi ilə keçirilən görüşdə institutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani və Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Samira Abuşova “Yer günü”, “Qarabağa qayıdış”, “İşğaldan azad edilmiş torpaqlarda törədilən ekoloji terror” mövzularında maarifləndirici məlumatlarla çıxışlar edib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Kompleksin şagirdləri Yer günü ilə əlaqədar hazırladıqları səhnəcik və videoçarxı qonaqlara təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: