Qazaxıstan Respublikasının Aktau şəhərində TÜRKSOY-un maliyyə dəstəyi ilə Yesenov ad. Universitetdə “Türk xalqlarının sivilizasiyası və onun dünya mədəniyyəti tarixində yeri“, Otpan Tau tarixi qoruğunda isə “Türk dünyası totemi” mövzusunda elmi praktik konfranslar keçirilib.
Konfranslarda Türkdilli dövlətlərin elm xadimləri, Qazaxıstan Respublikasının dövlət və ictimai xadimləri, Aktau şəhərindəki diplomatik konsulluqların rəhbərləri və diaspora nümayəndələri iştirak etmişdilər.
Beynəlxalq elmi tədbirdə Azərbaycanı AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İlk tunc dövrü arxeologiyası şöbəsinin müdiri t.ü.f.d., dosent Səfər Aşurov təmsil edib. O, konfranslarda “Xəzərin qərb sahilində Beşbarmaq abidələr kompleksi” və “Xəzər dənizinin qərb sahillərində müdafiə istehkamları” adlı məruzələrlə çıxış edib. Konfrans iştirakçılarına Xəzərin qərb sahillərində yerləşən müdafiə istehkamları, qalalar, yaşayış yerləri haqqında, həmçinin bu abidələrin Türk dünyasında yeri və rolu haqqında geniş məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.