Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın gənc alim və mütəxəssisləri 2026-cı ildə yay məktəbləri və düşərgələrində fəal iştirak ediblər
27.11.2026 13:42
  • A-
  • A
  • A+

AMEA-nın gənc alim və mütəxəssisləri 2026-cı ildə yay məktəbləri və düşərgələrində fəal iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının gənc alim və mütəxəssisləri 2026-cı ildə Bakı və Şəki şəhərləri ilə yanaşı, Türkiyə, Özbəkistan və Gürcüstanda təşkil olunan gənclərin yay məktəbləri və düşərgələrində fəal iştirak ediblər.

Bu sözləri AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri biologiya elmləri doktoru Tubuxanım Qasımzadə AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında deyib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi gənclər arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədini daşıyır.

Onun sözlərinə görə, yay düşərgələri gənc əməkdaşlara təkcə yeni bilik və bacarıqlar qazandırmır, eyni zamanda elmi şəbəkələşmə baxımından da geniş imkanlar yaradır: “Alimlərimizin ölkə daxilində və xaricdə baş tutan bu proqramlarda fəal təmsil olunması gələcəkdə elmin inkişafına mühüm töhfə verəcəkdir. Ümumilikdə bu layihələr gənc tədqiqatçıların beynəlxalq elmi və sosial mühitə inteqrasiyasını təmin edən mühüm platformadır. Keçirilən görüşlər iştirakçılara müxtəlif elmi istiqamətlər üzrə fikir mübadiləsi aparmağa, əlaqələri genişləndirməyə və gələcək əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə şərait yaratmışdır”.

T.Qasımzadə diqqətə çatdırıb ki, AMEA-nın Rəyasət Heyəti aparatının, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın Folklor İnstitutunun, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, AMEA-nın Naxçıvan Bölməsinin və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 60-a yaxın gənc əməkdaşı yay məktəbləri və düşərgələrində fəal iştirak ediblər. Gənc alim və tədqiqatçıların yay məktəbi və düşərgələrində müxtəlif elm sahələri üzrə bilik və təcrübələrini bölüşməsi yeni əməkdaşlıq imkanları yaratmaq baxımından əhəmiyyətli olub, həmçinin gənclərə tədqiqatı iş başında öyrənmək və müxtəlif ölkələrdən olan həmkarları ilə əlaqə qurmaq imkanı verib. Qazanılan təcrübə və formalaşan ideyalar gələcək birgə layihələr üçün zəmin yaradıb. Keçirilmiş yay məktəbləri və düşərgələri AMEA gənclərinin elmi təşəbbüslərini dəstəkləməsinin praktiki nümunəsidir.

Dahas onra iclasda AMEA-nın gənc alim və mütəxəssislərinin 2026-cı il ərzində keçirilən yay məktəbləri və düşərgələrində iştirakını əks etdirən videoçarx təqdim edilib. Sözügedən material AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsi və AMEA Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq süni intellekt texnologiyaları vasitəsilə hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası gələcəkdə də yay məktəbi və düşərgələrinin təşkilini, həmçinin gənc alim və mütəxəssislərin bu layihələrə fəal cəlb olunmasını diqqət mərkəzində saxlayır.

  • Paylaş: