Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.06.2025 12:20
  • A-
  • A
  • A+

AMEA nümayəndələri Niderlandda “Qərbi Azərbaycana qayıdışa dəstək” adlı beynəlxalq tədbirdə iştirak ediblər

AMEA nümayəndələri Niderlandda “Qərbi Azərbaycana qayıdışa dəstək” adlı beynəlxalq tədbirdə iştirak ediblər

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının Rotterdam şəhərində “Qərbi Azərbaycana qayıdışa dəstək” adlı beynəlxalq tədbir keçirilib.

Tədbirin əsas məqsədi Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə tanınması, onların doğma yurdlarına qayıdış məsələsinin diqqət mərkəzində saxlanılması və bu istiqamətdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması olub.

Tədbirin açılışında çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva bu məsələnin humanitar və hüquqi əhəmiyyətinə diqqət çəkib: “Qərbi Azərbaycandan qovulan insanların hüquqlarının müdafiəsi təkcə humanitar məsələ deyil, bu, eyni zamanda tarixi ədalətin bərpasıdır. Biz bu məsələdə həm beynəlxalq hüququn prinsiplərinə, həm də insan hüquqlarına əsaslanırıq”.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov isə Avropada fəaliyyət göstərən azərbaycanlı diasporunun bu məsələyə münasibətini ifadə edərək bildirib: “Avropada yaşayan azərbaycanlılar olaraq bu məsələyə laqeyd qala bilmərik. Qərbi Azərbaycan mövzusu təkcə Azərbaycanın deyil, dünya ictimaiyyətinin də diqqətində olmalıdır. Biz həmrəy şəkildə bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün səylərimizi davam etdirəcəyik”.

AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva isə çıxışında mövzuya elmi və tarixi yanaşmanın vacibliyini önə çəkib: “Qərbi Azərbaycanlıların yurdlarına qayıdışı məsələsi həm də elmi və tarixi yaddaşın bərpasıdır. Biz bu prosesdə yalnız siyasi deyil, elmi əsaslara da söykənməliyik.”

Sonra AMEA-nın Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə çıxış edərək belə bir tədbirin keçirilməsinin önəmindən danışıb.

Tədbirdə Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov çıxında bildirib ki, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi çox vacibdir. Yaxın tarixdə başımıza gələn müsibətləri heç zaman unutmamalı, təbliğat və maarifləndirmə işlərimizi davam etdirməliyik. Təşkilatçılara və zəhməti keçən bütün dostlara öz dərin təşəkkürünü bildirib.

Tədbirdə, həmçinin layihə rəhbərinin köməkçisi Qalib Əliyev çıxış edib: “Bu cür layihələrin təkcə Niderlandda deyil, digər Avropa ölkələrində də həyata keçirilməsi nəzərdə tutulur. Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini daha geniş beynəlxalq auditoriyaya çatdırmaq və bu istiqamətdə birgə fəaliyyət imkanlarını genişləndirməkdir”.

  • Paylaş: