Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub
25.04.2024 14:31
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Müharibədə ikili standartlar bədii ədəbiyyatın mövzusu kimi” adlı məqaləsi ingilis dilində Almaniyanın nüfuzlu “Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft” (№78, 2024) elmi dərgisində yer alıb.

Məqalədə Ərəb Şərqində səngiməyən savaşlar və onun ağır fəsadları ərəb ədəbiyyatında mövzu olaraq ideya-məzmun baxımından araşdırılıb. Tədqiqatçı çağdaş ədəbi əsərlərə əsaslanaraq bu müharibələrin arxasında ədalətdən, insan haqlarının qorunmasından danışan dünya nəhənglərinin durduğunu, xüsusən Ərəb Şərqində baş verən proseslərə ikili standartlardan yanaşıldığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: