AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Orta əsrdə Azərbaycanın dünyaya bəxş etdiyi əbədiyaşar şair - Məhəmməd Füzuli” adlı konfransda onlayn qaydada iştirak ediblər.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə keçirilmiş konfransda əməkdaşlarımız - Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Tünzalə Seyfullayeva “Məhəmməd Füzulinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan ən qədim əlyazması haqqında”, Sənədlərlə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova “Bənzərsiz Füzuli” adlı məruzələrlə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, konfrans Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialının təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.