Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda keçirilən elmi konfransda AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovaya Akademiyanın Fəxri fərmanı təqdim olunub.
Fəxri fərmanı akademik İradə Hüseynovaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib. AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın elm-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verən akademik İsa Həbibbəyli onu molekulyar biologiya sahəsində görkəmli alim və bacarıqlı elm təşkilatçısı kimi dəyərləndirib, müvafiq elmi istiqamətlər üzrə mühüm nəticələrin müəllifi kimi tanındığını deyib.
Sonra akademik İradə Hüseynova çıxış edərək əməyinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə akademik İradə Hüseynova səmərəli elmi-təşkilati fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.