Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2025 11:00
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Laçın kitabxanasına kitab hədiyyə edib

Akademik İsa Həbibbəyli Laçın kitabxanasına kitab hədiyyə edib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Laçın rayonunda keçirilən “MDB mədəniyyət paytaxtı Laçın-2025” beynəlxalq tədbirlərində iştirak edib. O, tədbirlər zamanı Laçın rayonunun mərkəzi kitabxanasını da ziyarət edib.

AMEA rəhbəri Akademiya tərəfindən nəşr edilən, həmçinin müəllifi olduğu bir neçə monoqrafik tədqiqat əsərini Laçının “Simurq” kitabxanasına hədiyyə edib.

Kitabxana əməkdaşları dəyərli hədiyyəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: