Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.05.2024 12:24
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun tələbələri istehsalat təcrübəsi keçirlər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun tələbələri istehsalat təcrübəsi keçirlər

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Metal – klatrat birləşmələr laboratoriyasında mis ftalat dipridin adduktunun alınması üçün aparılan reaksiya məhlulundan çökmüş monokristalların ayrılması prosesi, Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasında yodometrik metodla Cu2+ ionlarının təyini reaksiyası, tələbələr yaxından iştirak ediblər.

Laboratoriya şəraitində maye və qaz halında ilkin maddələrin reaktora avtomatik ardıcıl verilməsi mexanizmi və alınan maddələrin soyuducu sistemindən keçərək toplanması, analizə ötürülməsi prinsipləri tələbələrə əyani göstərilmiş və izah edilmişdir.

Həmçinin tələbələr Analitik kimya laboratoriyasında kompleks birləşmələrinin alınmasında tətbiq olunan üzvi maddələrin sintezi prosesi ilə tanış olmuşlar.

Nanokompozit katalizatorlar laboratoriyasında isə fotometrik analiz üsulu ilə sənaye şəraitində Fe3+ ionlarının sorbsiyası üçün effektiv absorbentlərin işlənib hazırlanması və tədqiqi haqqında onlara geniş məlumat verilmiş və əyani olaraq təcrübələrin aparılmasında iştirak etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: