Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.05.2025 17:43
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda futbol komandasının qələbəsi qeyd olunub

Geologiya və Geofizika İnstitutunda futbol komandasının qələbəsi qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş institutlararası mini futbol turnirinin çempionu olmuş ETN Geologiya və Geofizika İnstitutunun komanda heyəti növbəti Elmi şuranın icasında baş direktor akademik Akif Əlizadə tərəfindən kubok, diplom, medal və pul mükafatı ilə təltif edilib.

Akif Əlizadə idmançıları növbəti qələbə münasibətilə təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. GGİ futbol komandasının kapitanı institutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Həmkarlar İttifaqı Komitəsinin sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyev keçirilən çempionat haqqında ətraflı məlumat verib. Bildirib ki, akademik Akif Əlizadənin AMEA prezidentliyi dövründə istifadəyə verilmiş futbol stadionu və basketbol meydançası gənc alim və mütəxəssislərin asudə vaxtlarının səmərəli keçirilməsində əhəmiyyətli rol oynayır. Ənənəvi futbol və digər yarış növləri, həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunan idman tədbirləri burada reallaşır. Fərəhli haldır ki, Geologiya və Geofizika İnstitutunun komandası institutlararası yarışlarda 2014-cü ildən başlayaraq üç dəfə birincilik qazanmış yeganə idman kollektividir.

K.Əliyev dəstəyə görə institut rəhbərliyinə, HİK üzvlərinə, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarına, gənclərə və bütün kollektivə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: