Salayev Eldar Yunis oğlu


 

Salayev Eldar Yunis oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olmuşdur.

1983-97-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir.

1970-73-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1973-cü ildə isə həmin institutun direktoru olmuşdur.

1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cı ildə professor adını almışdır.

1980-cı ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. Eldar Salayev akad. S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatlar laureatıdır. İslam Akademiyasının üzvüdür.

E.Y.Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alimdir. Əsas işləri yarımkeçiricilərin tədqiqinə müxtəlif halların enerji spekterlərinin öyrənilməsinə aiddir. Salayev sürətli elektronlar dəstəsi vasitəsilə ilk dəfə laylı kristallarda induksiyalanmış şüalanmanı aşkara çıxarmış və bu sinif yarımkeçiricilərdə qeyri-xətti optik xassələri öyrənmişdir. Həmin tədqiqatlar lazer şüaları çevricilərinin yaranmasına imkan vermişdir. Salayevin rəhbərliyi ilə yarımkeçiricilər əsasında deflektor, deşifrator, fotoqəbuledicilər, elektron mikrosoyuducuları, metroloji tətdqiqatlar üçün qurğular yaradılmışdır. Yüksəkixtisaslı kadrların hazırlanmasında xidməti vardır.

Ölkədə və xaricdə çap olunmuş onlarla elmi əsər və monoqrafiyanın müəllifidir.