Salahov Mustafa Səttar oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı ş. 
Təvəllüdü 29.08.1931 
Bitirdiyi ali təhsil müəssisəsi Qorki Dövlət Universiteti, fiziki-kimya
Elmi dərəcəsi Kimya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)

dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı




02.00.03

Üzvi kimya

C4-C5 alken və alkadienlərin katalizatorun qaynar layında tam xlorlaşması sahəsində tədqiqatlar
Doktorluq dissertasiyasının

mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı




02.00.03

Üzvi kimya

Polixlorlu tsiklopentadienlərin bəzi tsikloheksen dienofilləri ilə dien kondensləşməsi stereokimyasının tədqiqi.
Müxbir üzv seçilməsi

- tarix

- ixtisasın adı


2001

üzvi kimya 

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 1115
Xaricdə çıxmış elmi əsərlərinin sayı 620
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 459
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 198 müəlliflik şəhadətnaməsi, 13 patent
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı



31

4
Əsas elmi nailiyyətləri C4-C5 karbohidrogenlərinin tam xlorlaşması tədqiq olunmuş, C1-C6 xlorkarbonlarının əmələ gəlməsi qanunauyğunluqları və bu zaman C60-fullerenlərin alınması imkanları, dioksin ksenobiotikləri yaranmasının qarşısının alınması üsulları müəyyən olunmuşdur. Karbohidrogenlərin oksixlorlaşma və oksibromlaşma reaksiyaları öyrənilmişdir. Heksaxlortsiklopentadien və dialkoksitetraxlortsiklopentadienlərin tetrahid-roftal və norbornendikarbon turşusu anhidridləri, imidləri və bis-imidləri ilə Dils-Alder reaksiyasının, eləcə də 4-benzil-1,2,4-triazolin- 3,5-dionların “en” reaksiyalarının stereokimyası kinetika və mexanizmi öyrənilmiş, alınmış bis-imidodienlərin bis-imidodienofillərlə polikondesləşməsindən yanmayan məlum fəza quruluşlu hərəki-nərdivan gövdəli poliimidlərin alınması tədqiq olunmuşdur. Dioksinlər və norbornen-dikarbon turşusu N-arilimidlərinin kvant-kimyəvi tədqiqi və məlum fəza quruluşlu Dils-Alder reaksiyası adduktlarının topoloji indekslərini hesablamaqla quruluş və xassə arasında asılılıqlar tədqiq olunmuşdur.
Elmi əsərlərinin adları 1. Flame-retardant monomers from chlorinated petroleum hydrocarbons// J. Chem. Mech. 1978. s. 44-51

2. Внутримолекулярное /4+2/- циклоприсоединение //Ж. Успехи химии. 1986. Т.55, вып.12 С..2008-2044.

3. Еновая сополимеризация бис-триазолиндионов с бисимидами цис-4-циклогексен- 1,2-дикарбоновой кислоты.//Высокомолек. соед. 1997. Т. 39Б. С.1531

4.Contamination of the environment in Azerbaijan with dioxin xenobiotics // Organohaloen compounds, 2000. Vol.46.P.510. "Dioxin-2000"

5.Синтез новых классов хлорированных диимидов тетракарбоновых кислот.//ЖОрХ 1998.Т.34. Вып.1. С.145.

6. Применение топологических индексов в корреляционном анализе N-алкилкарбоксиимидов циклических 1,2-дикарбоновых кислот. Журнал структурной химии,т.51,№1, 2010,с.22-28.

7. Role of topological indices in description of dependences “structure-property” “Natureal cataclysms and global problems of the modern civilization” International Academy of Science H&E, may,Innsburck-Baku,2009.p.504-512.v.3

8. Открытие теории «динамического пространст-венного мышления» и ее применение в современной образовательной системе.Избранные труды Международного симпозиума по фундаментальным и прикладным проблемам науки. Наука и Образование. Москва, 2012, т.2., с.3-25

9. Развитие галоидорганического синтеза в работах академика Ю.Г. Мамедалиева. Баку, Елм, 2010, 152 с.

10.Топологические индексы в корреляционном анализе реакции Дильса-Альдера. Исследование зависимости «структура-свойство» и направленный синтез циклических соединений. Palmarium Academic Publishing, Germany,2012, 94p.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. 2003-cü ildə Elmi İnkişaf üzrə Beynəlxalq Şura, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü

2. 2008-ci ildə Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Pedaqoji fəaliyyəti Bakı Dövlət Universitetində magistrlərin rəhbəri, Təhsildə Dinamik Fəzavi Təfəkkür nəzəriyyəsinin müəllifidir. Sumqayıtda Təbiət Elmləri Təmayüllü Gimnaziya  və Bakıda iki elmi-pedaqoji mərkəzin (Binəqədi rayonu 3 saylı və Nərimanov rayonu 177 saylı məktəblərdə) yaradıcısıdır.
Digər fəaliyyəti Poetik yaradıcılığı: şerlər və poemalar-

"İslamiyyət və Məhəmməd Peyğəmbərin həyatı", “Məhəmməd Nəsrəddin Tusi”, “Ömər Xəyyam”, “Biruni”, “İbn-Sina”, “Sənin Uluların”, “Yusif Məmmədəliyev”, “Əshabi-Kəhf”.

Elmi-Texniki yaradıcılığı - Molekulyar ornamen-talistika, molekulyar memarlıq elmi istiqamətlərinin yaradıcısı.
Təltif və mükafatları 1. Azərbaycanın Əməkdar ixtiraçısı - 1979

2. Əmək veteranı - 1995

3. Akademik Y.H.Məmmədəliyev medal və mükafatı - 1995

4. Akademik M.Mehdizadə medal və mükafatı-2001

5. Elmi İnkişaf üzrə Beynəlxalq Şura Beynəlxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı” laureatı -2006

6. Şöhrət ordenli (№000284) -23.12.2004

7. Elmi-Texniki yaradıcılıq müsabiqəsinin laureatı -2010, Rusiya, Moskva

8. “Prezidentin Fərdi Təqaüdü” - 03.11.2015-ci il

İş yeri və ünvanı AMEA Polimer Materialları İnstitutu. 373204, Azərbaycan Respublikası, Sumqayıt şəhəri, S.Vurğun k., 124
Vəzifəsi “Monomerlərin və polimerlərin stereokimyası” laboratoriyasının baş elmi işçisi
Xidməti tel. (+994 18) 6420169
Mobil tel . (+994 50) 3512553 
Ev tel. (+994 18) 6540498
Faks (+994 18) 6420400
Elektron poçtu salahov_mustafa@mail.ru