Məmmədov Bəxtiyar Əjdər oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi 
Təvəllüdü 01.01.1951 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan  Dövlət Universiteti 
Elmi dərəcəsi Kimya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı




02.00.06

"Yüksəkmolekullu birləşmələr kimyası"

p-Benzoxinonun anion polimerləşməsinin tədqiqi

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı




02.00.06

"Yüksəkmolekullu birləşmələr kimyası"

Makroaroksil radikalları; alınma qanunauygunluqları, xassələri və istifadə yolları

Müxbir üzv seçilməsi

- tarix

- ixtisasın adı


2014

Makromolekullar kimyası

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

270

 

90


110

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 12 müəlliflik şəhadətnaməsi 
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı


9

Əsas elmi nailiyyətləri Xinonların termiki, kation və anion polimerləşməsi və bir sıra vinil monomerləri ilə sopolimerləşməsi, fenolların, difenol­ların, naftolların və aromatik aminlərin oksidləş­mə homo- və sopolikondensləşməsi reaksi­ya­­larının elmi əsasları işlənib hazırlanmış, kinetik qanunauyğunluqları və mexa­nizm­ləri müəyyən olunmuş, aromatik polikonyuqə olunmuş əlaqələr sistemli polifunksional reaksiyayaqabil yüksəkmo­le­kullu birləşmələrin yeni nəsli yaradılmışdır.    

Göstərilmişdir ki, fenollar, difenollar, naf­tollar, aminofenollar, aromatik aminlər və diaminlər, oksipiridin, aminopiridin və oksixinolin müxtəlif oksidləşdiricilərin təsiri ilə nisbətən mülayim şəraitlərdə polikon­dens­ləşərək müvafiq oliqohidroksi­arilenlər, oliqoa­mino­arilenlər və tərkibində həm hidroksil, həm də amin qrupları saxlayan əriyən və həll olan polikonyuqə olunmuş əlaqələr sistemli poli­fin­k­­sional, reaksiya­ya­qabil sooliqomerlər əmələ gətirir.

Oksiarilen manqaları saxlayan homo- və  sooliqo­merlərin əsasında stabil makroa­roksil radikallarının alınma üsulları yaradıl­mışdır. Göstərilmişdir ki, bu sistem­lər­də radikal mərkəzlərin qatılığı Fermi səviy­yəsi yaxınlığında lokallaşmış yükdaşı­yıcı mərkəz­lərin miqdarını müəyən edir.

Sənaye istehsalı olan termoplastların, qat­ran­ların və elastomer­lərin kimyəvi modi­fikasıyası aparılmış, onla­rın yeni yüksək istiliyə davamlılıq və mexa­ni­ki möhkəmlik göstəricilərə malik elektrik­keçirici kompozi­siyaları, o cümlədən nano­kom­pozisiyaları işlənib hazırlanmışdır. 
Elmi əsərlərinin adları 1.Mamedov B.A., Shahnazarli R.Z., Rzаyеv R.S. et. all. Synthesis of Oligohydroxynapthylenes and Their Use in Making of Heat-Stable and ElectroConducting Rubbers // Journal of Chemistry and Chemical Engineering. 2011, 8, Vol.5, No. 8-9, P.

2. Kasebi F.S. , Gezaz S.M., Mamedov B.A. Preparation, acid curing and thermal stability of various formulated phenolic resole resins: Unfilled and nanocomposites,/ International journal of Polymeric Materials, London 2012, Vol.61, N 5, p. 323-340.

3. A.Valipour, P.Najafi Moghaddam B.A.Mamedov/ Synthesis of hydrophilic template as a matrix polymer for preparation of soluble conductive polyaniline composites/archives des science journal, Switzerland, Geneva 2012; vol.65, № 7, p. 14–20.

4. A.Valipour, P. N. Moghaddam , B.A. Mamedov. Some aspects of chemical procedures & application trends of polyaniline as an intrinsically conductive polymer, Life Sci J.2012; vol. 9 , № 4, p. 409–421.

5. A.Y.Valipour, P.N. Moghaddam, B.A. Ma¬medov / Recent advances in hybrid organic–inorganic Conductive polyaniline Nano composites. Jokull journal ISSN:0449-0576. Reykjavik, Iceland, 2013.v. 2013,.issue July, p.211-251.

6. Б.А.Мамедов, Р.А.Ахмедова, С.С.Машаева, М.Ш.Гурбанов, A.М.Гулиев. Синтез полифункциональных полисопряженных олигомеров 4-аминофенола и использование их при создании антистатических композиционных материалов. Журнал «Прикладной Химии», 2013, Т.86, № 10, с.1659

7. Б.А.Мамедов Р.А.Ахмедова, С.С.Машаева, Д.Н.Алиева, Р.З.Шахназарли, А.М.Гулиев. Получение олиго-4-аминофенола и электропроводящих композиционных мaтериалов на его основе. “European applied sciences”, 2014, №1, 147-153

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti AMEA Kimya Problemləri İnstitutunun nəzdində D01.021 şifrli Dissertasiya Şurasının üzvü 
Təltif və mükafatları

Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evi”nin “ƏN YAXŞI VƏTƏNPƏRVƏR TƏDQİQATÇI ALİM” mükafatının diplomu və qızıl medalı

Thomson Reuters şirkətinin Fəxri fərmanı və diplomu

İş yeri və ünvanı AMEA Polimer Materialları İnstitutu, AZ5004, Sumqayıt şəhəri, S.Vurğun 124 
Vəzifəsi Direktor
Xidməti tel. (+994 18) 64 22493,

(+994 18) 5851164

Mobil tel . (+994 55) 6672310 
Ev tel. (+994 18) 6442430 
Faks (+994 18) 6420400 
Elektron poçtu bazisaley@mail.ru