Anadan olduğu yer | Azərbaycan Respublikası, Bakı şəhəri | |
Təvəllüdü | 29.10.1941 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Rusiya Dövlət Dəniz Akademiyası | |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
03.00.13 İnsan və heyvan fiziologiyası Корреляционной анализ ритма напряжения в различных поведенческих ситyациях |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
03.00.13 İnsan və heyvan fiziologiyası Динамика корково-подкорковых взаимоотношений в условиях экспериментального эмоционального стресса |
|
Müxbir üzv seçilməsi
- tarix - ixtisasın adı |
2017 Fiziologiya |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
- xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
305
158
19 |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | 5 patent və müəlliflik şəhadətnaməsi (Azərbaycan, Rusiya) | |
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
6 1 |
|
Əsas elmi nailiyyətləri |
Müasir fiziologiyanın və tibbin aktual poblemlərindən olan emosional stres, onun mərkəzi və periferik mexanizmlərinin tədqiqi insan üçün və xüsusi ilə ekstremal xarakterli peşə sahibləri üçün (aviasiya dispetçerləri, pilotlar, konveyer tipli işlər və s.) xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatlar yüksək texnologiyalar əsasında qurulmuş, multidissiplinar və sistem xarakteri daşıyır. EEQ-nin avto-krosskorrlyasiya təhlili göstərdi ki, emosional stresin təsiri altında ilk növbədə baş beyinin qabıq, qabıqaltı strukturlarının (arxa hipotalamus, retikulyar formasiya, limbik sahələr, qabıq proeksiya zonaları və s.) EEQ ritmləri arasında müxtəlif faza sürüşmələri (2,5-102,5 m/san) əmələ gəlir, kroskorrelyasiya əmsalları (0,2÷0,37) pozulur. Beləliklə, mərkəzi beyin mexanizmlərində strukturlar-arası məkan-zaman dezinteqrasiya prosesləri baş verir. Bununla əlaqədar mənfi emosiogen oyanmalarının reverberasiyaya dayanıqlı “qüsurlu dövriyələrə” keçməsi qeydə alınır və hipotalamus-retikulyar formasiya peysmeker mərkəzi yaranır. Bu dəyişiklər somato-vegetativ pozuntularla müşahidə olunur. Belə fundamental xarakterli nəticələr, yeni “serebro-visseral sindrom” olaraq ilk patogenetik amil kimi qiymətləndirilir və orqanizmdə müxtəlif pozuntular ilə müşahidə olunur. Bununla əlaqədar “Xromatron” müəssisəsində (Moskva) nəticələr sınaqdan keçirilmişdir. Operatorların konveer tipli gərgin real iş fəaliyyəti zamanı, “sistemokvant” üsulu ilə, xüsusi radiotelemetrik cihazlarla vegetatv (AT, EKQ və s.) və psixofizioloji göstəriciləri qeydə alınaraq, onlarda müxtəlif pozuntuların qanunauyğunluqları müəyyən edilirdi. Bu nəticələrin əsasında operativ sürətdə tətbiq olunan qeyri-medikamentoz profilaktik tədbirlərlə yaranan emosional stresin qarşısının alınmasına nail olunmuşdur. Bununla həm zəhməkeş insanların psixofizioloji göstəriciləri bərpa olunur və onların sağlamlığı qorunur, həm də iş prosesi sürətlənir, səhvlər azalır və müsbət sosial-iqtisadi effekt əldə edilir. Beləliklə, elmi-praktiki əhəmiyətli yeni istiqamət yaranmışdır. Tədqiqatların 3-cü hissəsi Milli Aviasiya Akademiyasında (MAA), aparılır. Mülki aviasiyada, uçuş təhlükəsizliyi hazırda emosional stressin təsirinə məruz qalmış, 70-80% “insan-amilindən” asılıdır. Bununla əlaqədar prof. A.M.Məmmədov funksional sistemlər nəzəriyyəsini (P.K.Anoxin) aviasiyaya uyğun təkmilləşdirərək, Sistem Əsasnaməsi-sosial fiziologiyanın yeni nəzarət-korreksiya prinsipləri və qanunauyğunluqları irəli sürülmüşdür. Müəyyən edilmişdir ki, aviamütəxəssislərdə iş fəaliyyəti zamanı yaranan mənfi emosiogen oyanmalarının təsiri ilə baş-beyin (EEQ) və ürək-damar (EKQ) sistemlərində desinxronlaşma prosesləri güclənir, psixofizioloji göstəricilər, müxtəlif bioreaksiyalar (audiomotor reaksiyaların sürəti) pozulur. Eyni zamanda EKQ-nin kiçikamplitudlu dalğalarının dispersiya skrininqi göstərir ki, ürəkdə ilk “keçici” işemiya əlamətləri yaranır, arterial təzyiq (AT) artır. Bu dəyişiklər koqnitiv göstəricilərin, vegetativ reaksiyaların zəifləməsi və peşə səhvlərinin artması ilə müşahidə olunur. Bunların əsasında aviamütəxəssislərin gərgin iş fəaliyyətindən sonra, nəzarət-korreksiya, qeyri medikamentoz üsullarının tətbiqi ilə sinxronlaşma prosesləri bərpa olunur. Psixofizioloji göstəricilərin normallaşması və peşə səhvlərinin azalması ilə müşahidə olunur. Bu nəticələr sağlamlığın və uçuş təhlükəsizliyinin artmasını əsaslandıraraq, MDB ölkələrinin Dövlətlərarası Aviasiya Komitəsinin (Moskva) və “Azərbaycan Hava Yolları” “Aeronaviqasiya” müəssəsinin işlərində öz təsdiqini tapmışdır. |
|
Elmi əsərlərinin adları |
|
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
1.Rusiya Elmlər Akademiyasının Fiziologiya ixtisası üzrə Xarici üzvü (2004); 2.Beynəxalq Elmlər Akademiyasının Rusiya bölməsi üzrə akademiki (Moskva); 3. Beynəxalq Elmlər Akademiyasının Azərbaycan bölməsi üzrə akademiki (Bakı); 4.MDB Dövlətlərarası Aviasiya Komitəsinin Aviasiya-Tibb Koordinasiya-konsultativ Şurasının üzvü (Moskva); 5.Rusiya Avia-kosmik, Dəniz Ekstremal və Ekoloji Tibb Assosiasiyasının üzvü (Moskva); 6. Lütfü Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki; 7. Milli Aviasiya Akademiyasının Dissertasiya Müdafiəsi Elmi Şuraların (qapalı və açıq) üzvü; 8.Azərbaycan Tibb Universitetinin Elmi Şurasının üzvü; 9.AMEA-nın Biologiya üzrə Elmi Şurasının Fiziologiya Seksiyasının Sədr müavini; |
|
Pedaqoji fəaliyyəti |
1.İ.M.Seçenov adına 1-ci Moskva Tibb Akademiyasının normal fiziologiya kafedrası üzrə professoru; 2. Azərbaycan Milli Aviasiya Akademiyası “Aviasiya psixofiziologiya və reabilitasiyası” kafedrasının müdiri, professor; 3. Azərbaycan Tibb Universiteti normal fiziologiya kafedrasının professoru, müdiri. |
|
Digər fəaliyyəti |
P.K.Anoxin adına fiziologiya ET İnstitutunda, sistem fiziologiya laboratoriyası rəhbəri vəzifəsindən başqa, professor A.M.Məmmədov əlavə elmi-tədqiqat işləri aparırdı. SSRİ-nın Dövlət “Sağlamlıq” Proqramı əsasında və Nazirlər Şurasının qərarı ilə Səhiyyə, Elektron Sənayesi nazirliklərinin və Elmlər Akademiyasının himayəsi ilə “Xromotron” müəssisəsində (Moskva) “Sanatron” Sağlamlıq Mərkəzi təşkil olunmuşdur. Professor A.M.Məmmədov onun təşkilatçılarından və rəhbərlərindən biri idi. “Sanatron” mərkəzinin əsas vəzifəsi operatorların emosional gərgin konveyer tipli real iş fəaliyyətləri zamanı onların “sistemokvant” psixofizioloji göstəricilərinin radiotelemetrik üsulu ilə qeydə alınması və qiymətləndirilməsi əsasında korreksiyaedici profilaktik tədbirlərinin aparılması idi. Dövlət proqramı müvəffəqiyyətlə yerinə yetirilmişdir. Görülən işlər SSRİ-nin Siyasi Bürosunun üzvü, Nazirlər Şurasının Sədrinin 1-ci müavini və gələcəkdə Azərbaycan Respublikasının Qurucusu və Prezidenti H.Ə.Əliyev cənabları tərəfindən Tibb Elmləri Akademiyasının (50 illik) Lenin Ordeni ilə təltif etmə mərasimində yüksək qiymətləndirilmişdir. Медицинская газетастатья «На страже здоровья советских людей» среда 19 декабря 1984 г.№101 (4442) |
|
Təltif və mükafatları | SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Bürünc (1985) və Gümüş (1987) medalları, REA-nın akademik P.K.Anoxin adına (2001) və akademik İ.P.Pavlov adına (2002) qızıl medalları. | |
Əsas iş yeri və ünvanı | Milli Aviasiya Akademiyası, AZ1045, Xəzər rayonu, Binə qəsəbəsi, 25 km. | |
Vəzifəsi | “Aviasiyada insan amili” Problem laboratoriyasının rəhbəri | |
Xidməti tel. |
(+994 12) 4972600 (23-84) |
|
Mobil tel. |
(+994 50) 4999211 |
|
Ev tel. |
(+994 12) 4401316 |
|
Faks | (+994 12) 4323983 | |
Elektron poçtu |