Məhərrəmov Abel Məmmədəli oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Ağdam rayonu     
Təvəllüdü 05.01.1950 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti, Moskva  Dövlət Universiteti, Kimya fakültəsi 
Elmi dərəcəsi Kimya elmləri doktoru  
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



02.00.03

Üzvi kimya

İki­qat ra­bi­tə­lərə bir­­ləş­mə reak­­si­ya­la­rın­da sul­­fenx­­lo­rid­lə­rin elekt­ro­fil­li­yi­nin ar­tı­rıl­ma­sı­nın yeni me­todu
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


02.00.03

Üzvi kimya

Al­ken­lə­rin, üçüzv­­lü kar­bo- və he­te­rot­sik­lik bir­ləş­­mə­­lə­rin elektro­fil reak­si­ya­ları əsa­sın­da yeni sin­­­­te­tik ya­naş­­ma­lar
Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2001
üzvi kimya
 
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2007
neft kimyası
 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 1270
Xaricdə çıxmış elmi əsərlərinin sayı 625
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 485
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 54 
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


41

12

Əsas elmi nailiyyətləri

Üzvi kimya sahəsində:

1. İlk dəfə olaraq, üzvi kimyada “Dopinq effekti” kimi tanınan yeni sintez metodu müəyyən edilmişdir. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir.

2. İlk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmiş, sonra isə onların doymuş və doymamış törəmələri sintez edilərək RQA metodu ilə molekulyar və kristallik quruluşları öyrənilmişdir.

3. Katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin sintezi, reaksiya məhsullarının RQA tədqiqi və zərif üzvi sintezdə istifadəsi sahəsində yeni nəticələr əldə olunmuşdur.

4. Trixlorasetonitril əsasında keçid metalların 1,3,5-triazopentadien komplekslərinin templat sintez üsulu işlənib hazırlanmış, sintezdə və kristalın formalaşmasında RQA metodu ilə qeyri-kovalent halogen əlaqələrinin rolu öyrənilmişdir.

5. Çoxkomponentli kondensləşmə reaksiyalar sahəsində aromatik aldehidlərin metilenfəal diketonlar və ketoefirlərlə ikiqat kondensləşmə məhsulları, sonuncular əsasında isə müxtəlif quruluşlu azotlu alitsiklik, heterotsiklik, bitsiklik və spirotsiklik sistemlər alınmışdır.

6. Asimmetrik Hans reaksiyası əsasında bir çox optiki aktiv birləşmələr sintez edilmiş, xiral üzvi katalizatorun təbiətinin və temperaturun reaksiyanın çıxımına və optiki təmizlik dərəcəsinə təsiri araşdırılmışdır.

7. Ariləvəzli 1,2-xlorhidrinlərin müxtəlif aminlərlə qarşılıqlı təsirindən tərkibində aromatik halqa saxlayan 1,2-aminspirtlərin sulu mühitdə səmərəli sintez üsulu işlənilmişdir.

8. Bəzi 1,3-dikarbonilli birləşmələrin epixlorhidrinlə müxtəlif əsaslar iştirakında alkilləşmə reaksiyası tədqiq olunmuş və funksionaləvəzli bioloji aktiv birləşmələr sintez edilmiş, onların bakterisid, fungisid xassələr göstərdiyi müəyyən edilmişdir.

Analitik kimya sahəsində:

1. Metilen aktiv birləşmələrin arilhidrazonlarinin koordinasiyon kimyası ətraflı öyrənilmiş və alınmış yeni komplekslər oksidləşmə və yeni C-C rabitəsinin əmələ gəlməsi reaksiyalarında katalizator kimi tətbiq edilmişdir.

2. β-Diketonlar əsasında yeni sinif üzvi reagentlər - azobirləşmələr sintez edilmişdir. Kvantkimyəvi hesablama metodu ilə reagentlərin tautamer formalarının reaksiyaya girmə qabiliyyətləri öyrənilmiş, komplekslərin RQA metodu ilə molekulyar və kristallik quruluşları tədqiq olunmuşdur. Kompleks birləşmələrin quruluşları ilə xassələri arasında asılılıqlar müəyyənləşdirilmişdir.

Neft kimyası sahəsində:

1. Alkenilfenolların homolitik tiilləşmə, fosforilləşmə, aminometilləşmə, simmetrik dihalogenalkanlarla kondensləşmə reaksiyaları sistemli şəkildə tədqiq edilmişdir. Sintez olunmuş birləşmələr yanacaq, yağlara polifunksional aşqarlar, neftçıxarma, eləcə də neft emalı sənayesində korroziya inhibitorları, sulfat reduksiyaedici bakterisid xassələri göstərərək müsbət nəticələr əldə edilmişdir.

2. Fenol saxlayan xalkon törəmələri əsasında müxtəlif bioloji aktiv heterotsiklik birləşmələr sintez edilmiş, onların məhlul sistemlərində baş verən dinamik effektlər NMR spektroskopiyasının köməyi ilə tədqiq edilmişdir.

Polimer kimyası sahəsində:

1. Sənaye polimerləri və polimer tullantılarının kimyəvi modifikasiyası ilə polifunksional polimerlərin sintezinin qanunauyğunları bərk fazada NMR-,

İQ- spektroskopiya, skanedici elektron mikroskopu və digər müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə öyrənilmişdir. Sintez olunmuş polimerlərin sorbent, nanokompozitlərin stabilləşdiricisi kimi müvəffəqiyyətlə tətbiq oluna biləcəyi tövsiyə olunmuşdur.

Nanomaterialların sintezi və tətbiq sahələrində:

1. İlk dəfə olaraq, aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və s.) alınma texnologiyasının elmi əsasları işlənilmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirilmiş, fiziki-kimyəvi xassələri tədqiq edilmiş və onların çeviricilər (sensorlar) texnikasında, təbabətdə, ekoloji problemlərin həllində, neftçıxarmada tətbiq imkanları öyrənilmişdir.

Elmi əsərlərinin adları

1. Non-covalent interaction in the synthesis and design of new compounds. New-York: “Wiley” publisher, 2015, 450 p. Abel M. Maharramov , Kamran T. Mahmudov, Maximilian N. Kopylovich, Armando J. L. Pombeiro

2. Advanced Nanocomposites: Types, Properties and Applications. NewYork: “Nova” publisher, 2013, 334 p. Abel Maharramov, Mahammadali Ramazanov, Mohammad Reza Saboktakin

3. Recent advances in bromination of aromatic and heteroaromatic compounds // Synthesis (Reviews and Full Papers in Chemical Synthesis) 2016, 48, p. 615-643. Leonid G. Voskressensky, Nikita E. Golantsov, Abel M. Maharramov

4. A new approach to ferrocene derived alkenes via cop.er-catalyzed olefi nation // Journal of Organic Chemistry. 2015, p.2072-2078, V.M.Muzalevsky, A.V.Shastin, A.D.Demidovich, N.G.Shikhaliyech, V.N.Khrustalev, R.D.Rakhimov, S.Z.Vatsadze, V.G.Nenajdenko

5. CoII, NiII and UO2 II complexes with b-diketones and their arylhydrazone derivatives: Synthesis, structure and catalytic activity in Henry reaction // Polyhedron. 2015, 101, p.14–22. Zhen Ma, Manas Sutradhar, Atash V. Gurbanov, Abel M. Maharramov, Rafiga A. Aliyeva, Farqana S. Aliyeva, Fidan N. Bahmanova , Vusala I. Mardanova, Famil M. Chyragov, Kamran T. Mahmudov

6. Nano-coupling of cephalosporin antibiotics with Fe3O4 nanoparticles: Trojan Horse approach in antimicrobial chemotherapy of infections caused by Klebsiella sp.. // Journal of Biomaterials and Nanobiotechnology. 2015, p.225-235. U.A.Hasanova, M. A. Ramazanov, A. M. Maharramov, Q. M. Eyvazova, Z.A.Agamaliyev, Y.V.Parfyonova, S.F.Hajiyeva, F.V.Hajiyeva, S.B.Veliyeva

7. Halogen–bonded tris (2,4-bis(trichloromethyl)-1,3,5-triazapentadienato)- M(III) [M=Mn,Fe,Co] complexes and their catalytic in the peroxidative oxidation of 1-phenylethanol to acetophenone // New Journal of Chemistry. 2014, 38, p.4807-4815. A.V. Gurbanov, V.G. Nenajdenko, V.M. Muzalevskiy, K.T.Mahmudov, M.N. Kopylovich, L.Martins

8. Barbituric acids as a useful tool for the construction of coordination and supramolecular compounds // Coordination Chemistry Reviews. 2014, 265, p.1-37. Mahmudov, Kamran T.; Kopylovich, Maximilian N.; Kurbanova, Malahat M.; Gurbanov, Atash V.; Pombeiro Armando J. L.

9. Synthesis and supramolecular arrangement of bis(2,4- bis(trichloromethyl)-1,3,5-triazapentadie-nato)-M(II) [M = Ni(II), Cu(II) and Pd(II)] complexes // Journal of Molecular Structure. 2013, vol.1041, p.213-218. N.Q.Shixaliyev, A.V.Gurbanov, N.V.Gurbanova, V.G.Nenajdenko, V.M.Muzalevskiy, K.T.Mahmudov, M.N.Kopylovich

10. A hexanuclear metalacrown palladium(II) cluster derived from 2-mercaptoethanol // Inorganic Chemistry Communications. 2013, vol.29, p.37-39. K.T.Mahmudov, X.I.Hasanov, A.N.Azizova, K.Q.Ragimov, R.K.Askerov, M.N.Kopylovich, Z M.hen, A.J.L.Pombeiro

11. Regioselective CAC bond cleavage in arylhydrazones of 4,4,4-trifl uoro- 1-(thiophen-2-yl)butane-1,3-diones // Journal of Molecular Structure. 2013, vol.1050, p.180-184. Reza Solhnejad, F.N.Bahmanova, F.S.Aliyeva, A.V.Kurbanov, R.A.Aliyeva, F.M.Chyragov, K.T.Mahmudov, M.N.Kopylovich

12. Uranyl complex with phenolate–sulphonate and diphenyldiazenecarbohydrazonate ligands // Inorganic Chemistry Communications. 2013, vol.35, p.13-15. Reza Solhnejad, F.N. Bahmanova, A.V. Kurbanov, R.A. Aliyeva, F.M. Chyragov, G.S. Mahmudova, K.T. Mahmudov, M.N. Kopylovich

13. Zinc(II)-1,3,5-triazapentadienate complex as effective catalyst in Henry reaction // Catalysis Today. 2013, Vol.217, p.76-79. N.Q. Shixaliyev, A.V. Kurbanov, V.G. Nenajdenko, V.M.Muzalevskiy, K.T. Mahmudov, M.N. Kopylovich

14. Structure and supramolecular arrangement of bis(2,4- bis(trichlormethyl)-1,3,5-triazapenta-dienato)-M(II)[M=Ni(II), Cu(II) and Pd (II)]complexes / Journal of Molecu;ar Structure. 2013, 1041, p.213-218. Namiq Q.Shixaliyev, Atash V.Gurbanov, Nurana V.Gurbanova, Valentine G.Nenajdenko, Vasily M.Muzalevskiy, Kamran T.Mahmudov, Maximilian N.Kopylovich

15. New cobalt(II) and nickel (II) complexes of 2-hydroxy-benzyl derivatives of 4-aminoantipyrine // Polyhedron. -44. 2012, p.72-76. Perizad A.Fatullayeva, Ajdar A.Medjidov, Atash V.Gurbanov, Rizvan K.Askerov, Karim Q.Rahimov, Maximilian N.Kopylovich, Kamran T.Mahmudov, Armando J.L.Pomberio

16. Thermadinamics of dissociation of ortho-hydroxyphenylhydrazo- β-diketones and of their complexation with cop.er (II) in aqueousethanol solutions // Journal of Solution Chemistry. 2012, 41(4), p.44-50. K.T.Mahmudov, Maximilian N.Kopylovich, R.A.Aliyeva I.A.Aliyev, A.A.Azizov, Armando J.L.Pomberio

17. Synthesis of hydroacridines and 1,8-dioxo octa hydroxanthenes using primary amino alcohols as reagent or catalysis via three-component condensation reactions // Journal of Chemical and Pharmaceutical Research. 2012, 4(2), p.955-965. ShaabanK.Mohamed, A.A.Abdelhamid, A.N.Khalilov, Atash V.Gurbanov, M.A.Allahverdiyev

18. Synthesis and In-vitrophotodynamic studies of the superparamagnetic chitosan hydrogel/chlorine E6 nanocarriers // Medical Chemistry. 2012, 8, №6. Mohammad Reza Saboktakin, Roya M.Tabatabaie, Fahimeh Satarzade Amini, Mohammad Ali Ramazanov

19. Composite oligomer constructed from tri- and tetranuclear butyltin (IV) / 25th International conference on organometallic chemistry. Portugal, 2012, PB.258. Kamran T.Mahmudov, Armando J.L.Pombeiro, Malgorzata J.Gajewska, M.Fatima C.Guedes da Silva, Maximilian N.Kopylovich

20. Structural and electronic characteristics of iron (III) oxide complexes with creka peptide analogs // Journal of Materials Science and Engineering. 2012, B2, p.45-51. Alieva Irada, Ramazanov Mahammadali, Abbasova Gultekin, Nabiev Naqif, Omarova Asmar

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

1998 – Nyu-York Elmlər Akademiyasının üzvü 

1999 – Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü

2000-ci ildən – “Üzvi kimya” ixtisası üzrə BDU-nun nəzdində yaradılmış Doktorluq və Namizədlik (fəlsəfə doktoru) Dissertasiya Şurasının sədri

2001 – AMEA-nın müxbir üzvü 

2002 – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti 

2004 – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının vitse-prezidenti 

2005 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri 

2007 – AMEA-nın həqiqi üzvü 

2007 – АМЕА-nın Kimya Elmləri Bölməsinin büro üzvü 

2008 – Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının üzvü 

2008– Gürcüstanın Kimya Cəmiyyətinin Fəxri üzvü 

2009 – Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü 

2010 – Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvü 

2010 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri 

2012 – Latviya Elmlər Akademiyasının nəzdində olan Beynəlxalq Elmi Şuranın üzvü 

2013 – Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü 

2013 – “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin üzvü 

2013 – Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri həqiqi üzvü 

2015 - Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti 

2016 - Rusiya Elmlər Akademiyasının xarici üzvü 
Pedaqoji fəaliyyəti 1976-cı ildən Bakı Dövlət Universiteti 
Digər fəaliyyəti  
Təltif və mükafatları

1999  – “Yu­sif Məm­mə­də­li­yev adına me­dal”la təl­tif edil­miş­dir

2000  – “Əmək­dar elm xa­dimi” fəx­ri adına la­yiq gö­rül­müş­dür

2000  – Elm və tex­no­lo­giya sa­hə­sin­də sə­mə­rəli fəa­liy­yə­tinə görə İq­ti­sadi Əmək­daş­lıq Təş­ki­la­tı­nın (ECO) “Qı­zıl me­da­l”ına layiq gö­rül­müş­dür

2001 – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına la­yiq gö­rül­müş­dür

2002 – “İlin is­la­­hat­­çı rek­toru” no­­mi­na­si­yası üz­rə qa­lib  olmuşdur

2003 – “İlin rek­toru” se­çil­miş­dir

2004 – “Azərbaycanın  tanınmış alimləri” beynəlxalq müsabiqəsinin qalibi olmuş, “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif  olunmuşdur

2004 – Ru­mı­ni­yanın Ko­man­dor də­rə­­cəli ali “Qı­zıl ul­duz” or­deni ilə təl­tif olun­muş­dur

2005 – İn­gil­tə­rə­nin Kemb­ric Bey­nəl­xalq Bioq­­ra­fiya Mər­kəzi tərə­fin­dən “Dün­ya­nın apa­rıcı təh­­sil xa­dimi” se­çil­miş­dir

2007 – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə “Qızıl buta” mükafatına layiq görülmüşdür

2007 – “Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə” me­dalı ilə təltif olunmuşdur

2008 – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəx­ri dok­toru adına la­yiq gö­rül­müş­dür

2008– “Azərbaycan Ədliyyəsinin 90 illiyi” xatirə medalı ilə təltif olunmuşdur

2009 – “Ru­si­ya­nın Həm­kar­lar İt­ti­fa­qı­nın 100 il­li­yi”nə həsr olunmuş yu­bi­ley me­dalı ilə təl­tif olun­muş­dur

2009 – “Şöh­rət” or­deni ilə təl­tif olun­muş­dur

2009– “Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təl­tif olun­muş­dur

2010 – “Avrasiyada əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə” Avrasiya Universitetlər Asso­sia­siya­sının medalı ilə təltif edilmişdir

2010 – Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Mil­­li Universitetinin Fəxri doktoru adı ve­ril­miş­dir

2010 – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri profes­so­ru seçilmişdir

2010 –  Amerika Bioqrafiya İnstitutu tərəfindən “Qızıl medal”la təltif edilmişdir

2010  – “ECO-2010” Gənclər Koalisiyasının “Ekologiyanın Dostu” milli mükafatı verilmişdir

2010  – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir

2011 – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin “Şərəf və Vicdan” Avropa ordeni ilə təl­tif olun­muş­dur

2011 – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər vəİdmanNazirliyi tərəfindən Ovidius Universitetinin 50 illikyubileyinə həsr edilmiş diplomla təltif edilmişdir

2011 – Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti  tərəfindən  “Avrasiyanın fəxri” medalı ilə təltif edilmişdir

2011 – Avrasiya Universitetlər Asso­sia­siya­sının Fəxri fərmanı ilə təltif olunmuşdur

2011 – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə “Turizmə dəstək” Gənclər Koalisiyası tərəfindən “Turizm-2011” mükafatı ilə təltif edilmişdir

2012 – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na layiq görülmüşdür

2012 – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlə­rin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir

2012 – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir

2012 – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir

2013 – Avropa elmi-sənaye palatasının “Qızıl medal”ı və diplomu ilə təltif edilmişdir

2013 – “Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi” yubiley medalı ilə təltif edilmişdir

2013– Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Zəfər” yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur

2014   – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir

2015– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir

2015 – Rusiya Federasiyası İstintaq Komitəsinin “Dəstəyə görə” medalı və “Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi”nə həsr olunmuş xatirə medalı verilmişdir

2015 – “Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə” diplomu, “Qızıl medal”ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir

2015 – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin “Qazax xanlığının 550 illik yubileyi”nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur

2016 - “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medal ilə təltif olunmuşdur

İş yeri və ünvanı Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Z. Xəlilov küçəsi, 23 
Vəzifəsi Bakı Dövlət Universitetinin rektoru, "Üzvi kimya" kafedrasının müdiri, "Zərif üzvi sintez" laboratoriyasının müdiri
Xidməti tel. (+994 12) 4303245 
Mobil tel.  
Ev tel.  
Faks (+994 12) 5983376 
Elektron poçtu rector@bsu.az