Anadan olduğu yer | Azərbaycan Respublikası, Ağdam rayonu | |
Təvəllüdü | 05.01.1950 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Bakı Dövlət Universiteti, Moskva Dövlət Universiteti, Kimya fakültəsi | |
Elmi dərəcəsi | Kimya elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
02.00.03 Üzvi kimya İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
02.00.03 Üzvi kimya Alkenlərin, üçüzvlü karbo- və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar |
|
Müxbir üzv seçilməsi:
- tarix - ixtisasın adı |
2001 üzvi kimya |
|
Həqiqi üzv seçilməsi:
- tarix - ixtisasın adı |
2007 neft kimyası |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 1270 | |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 625 | |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 485 | |
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | 54 | |
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
41 12 |
|
Əsas elmi nailiyyətləri |
Üzvi kimya sahəsində: 1. İlk dəfə olaraq, üzvi kimyada “Dopinq effekti” kimi tanınan yeni sintez metodu müəyyən edilmişdir. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir. 2. İlk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmiş, sonra isə onların doymuş və doymamış törəmələri sintez edilərək RQA metodu ilə molekulyar və kristallik quruluşları öyrənilmişdir. 3. Katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin sintezi, reaksiya məhsullarının RQA tədqiqi və zərif üzvi sintezdə istifadəsi sahəsində yeni nəticələr əldə olunmuşdur. 4. Trixlorasetonitril əsasında keçid metalların 1,3,5-triazopentadien komplekslərinin templat sintez üsulu işlənib hazırlanmış, sintezdə və kristalın formalaşmasında RQA metodu ilə qeyri-kovalent halogen əlaqələrinin rolu öyrənilmişdir. 5. Çoxkomponentli kondensləşmə reaksiyalar sahəsində aromatik aldehidlərin metilenfəal diketonlar və ketoefirlərlə ikiqat kondensləşmə məhsulları, sonuncular əsasında isə müxtəlif quruluşlu azotlu alitsiklik, heterotsiklik, bitsiklik və spirotsiklik sistemlər alınmışdır. 6. Asimmetrik Hans reaksiyası əsasında bir çox optiki aktiv birləşmələr sintez edilmiş, xiral üzvi katalizatorun təbiətinin və temperaturun reaksiyanın çıxımına və optiki təmizlik dərəcəsinə təsiri araşdırılmışdır. 7. Ariləvəzli 1,2-xlorhidrinlərin müxtəlif aminlərlə qarşılıqlı təsirindən tərkibində aromatik halqa saxlayan 1,2-aminspirtlərin sulu mühitdə səmərəli sintez üsulu işlənilmişdir. 8. Bəzi 1,3-dikarbonilli birləşmələrin epixlorhidrinlə müxtəlif əsaslar iştirakında alkilləşmə reaksiyası tədqiq olunmuş və funksionaləvəzli bioloji aktiv birləşmələr sintez edilmiş, onların bakterisid, fungisid xassələr göstərdiyi müəyyən edilmişdir. Analitik kimya sahəsində: 1. Metilen aktiv birləşmələrin arilhidrazonlarinin koordinasiyon kimyası ətraflı öyrənilmiş və alınmış yeni komplekslər oksidləşmə və yeni C-C rabitəsinin əmələ gəlməsi reaksiyalarında katalizator kimi tətbiq edilmişdir. 2. β-Diketonlar əsasında yeni sinif üzvi reagentlər - azobirləşmələr sintez edilmişdir. Kvantkimyəvi hesablama metodu ilə reagentlərin tautamer formalarının reaksiyaya girmə qabiliyyətləri öyrənilmiş, komplekslərin RQA metodu ilə molekulyar və kristallik quruluşları tədqiq olunmuşdur. Kompleks birləşmələrin quruluşları ilə xassələri arasında asılılıqlar müəyyənləşdirilmişdir. Neft kimyası sahəsində: 1. Alkenilfenolların homolitik tiilləşmə, fosforilləşmə, aminometilləşmə, simmetrik dihalogenalkanlarla kondensləşmə reaksiyaları sistemli şəkildə tədqiq edilmişdir. Sintez olunmuş birləşmələr yanacaq, yağlara polifunksional aşqarlar, neftçıxarma, eləcə də neft emalı sənayesində korroziya inhibitorları, sulfat reduksiyaedici bakterisid xassələri göstərərək müsbət nəticələr əldə edilmişdir. 2. Fenol saxlayan xalkon törəmələri əsasında müxtəlif bioloji aktiv heterotsiklik birləşmələr sintez edilmiş, onların məhlul sistemlərində baş verən dinamik effektlər NMR spektroskopiyasının köməyi ilə tədqiq edilmişdir. Polimer kimyası sahəsində: 1. Sənaye polimerləri və polimer tullantılarının kimyəvi modifikasiyası ilə polifunksional polimerlərin sintezinin qanunauyğunları bərk fazada NMR-, İQ- spektroskopiya, skanedici elektron mikroskopu və digər müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə öyrənilmişdir. Sintez olunmuş polimerlərin sorbent, nanokompozitlərin stabilləşdiricisi kimi müvəffəqiyyətlə tətbiq oluna biləcəyi tövsiyə olunmuşdur. Nanomaterialların sintezi və tətbiq sahələrində: 1. İlk dəfə olaraq, aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və s.) alınma texnologiyasının elmi əsasları işlənilmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirilmiş, fiziki-kimyəvi xassələri tədqiq edilmiş və onların çeviricilər (sensorlar) texnikasında, təbabətdə, ekoloji problemlərin həllində, neftçıxarmada tətbiq imkanları öyrənilmişdir. |
|
Elmi əsərlərinin adları |
1. Non-covalent interaction in the synthesis and design of new compounds. New-York: “Wiley” publisher, 2015, 450 p. Abel M. Maharramov , Kamran T. Mahmudov, Maximilian N. Kopylovich, Armando J. L. Pombeiro 2. Advanced Nanocomposites: Types, Properties and Applications. NewYork: “Nova” publisher, 2013, 334 p. Abel Maharramov, Mahammadali Ramazanov, Mohammad Reza Saboktakin 3. Recent advances in bromination of aromatic and heteroaromatic compounds // Synthesis (Reviews and Full Papers in Chemical Synthesis) 2016, 48, p. 615-643. Leonid G. Voskressensky, Nikita E. Golantsov, Abel M. Maharramov 4. A new approach to ferrocene derived alkenes via cop.er-catalyzed olefi nation // Journal of Organic Chemistry. 2015, p.2072-2078, V.M.Muzalevsky, A.V.Shastin, A.D.Demidovich, N.G.Shikhaliyech, V.N.Khrustalev, R.D.Rakhimov, S.Z.Vatsadze, V.G.Nenajdenko 5. CoII, NiII and UO2 II complexes with b-diketones and their arylhydrazone derivatives: Synthesis, structure and catalytic activity in Henry reaction // Polyhedron. 2015, 101, p.14–22. Zhen Ma, Manas Sutradhar, Atash V. Gurbanov, Abel M. Maharramov, Rafiga A. Aliyeva, Farqana S. Aliyeva, Fidan N. Bahmanova , Vusala I. Mardanova, Famil M. Chyragov, Kamran T. Mahmudov 6. Nano-coupling of cephalosporin antibiotics with Fe3O4 nanoparticles: Trojan Horse approach in antimicrobial chemotherapy of infections caused by Klebsiella sp.. // Journal of Biomaterials and Nanobiotechnology. 2015, p.225-235. U.A.Hasanova, M. A. Ramazanov, A. M. Maharramov, Q. M. Eyvazova, Z.A.Agamaliyev, Y.V.Parfyonova, S.F.Hajiyeva, F.V.Hajiyeva, S.B.Veliyeva 7. Halogen–bonded tris (2,4-bis(trichloromethyl)-1,3,5-triazapentadienato)- M(III) [M=Mn,Fe,Co] complexes and their catalytic in the peroxidative oxidation of 1-phenylethanol to acetophenone // New Journal of Chemistry. 2014, 38, p.4807-4815. A.V. Gurbanov, V.G. Nenajdenko, V.M. Muzalevskiy, K.T.Mahmudov, M.N. Kopylovich, L.Martins 8. Barbituric acids as a useful tool for the construction of coordination and supramolecular compounds // Coordination Chemistry Reviews. 2014, 265, p.1-37. Mahmudov, Kamran T.; Kopylovich, Maximilian N.; Kurbanova, Malahat M.; Gurbanov, Atash V.; Pombeiro Armando J. L. 9. Synthesis and supramolecular arrangement of bis(2,4- bis(trichloromethyl)-1,3,5-triazapentadie-nato)-M(II) [M = Ni(II), Cu(II) and Pd(II)] complexes // Journal of Molecular Structure. 2013, vol.1041, p.213-218. N.Q.Shixaliyev, A.V.Gurbanov, N.V.Gurbanova, V.G.Nenajdenko, V.M.Muzalevskiy, K.T.Mahmudov, M.N.Kopylovich 10. A hexanuclear metalacrown palladium (II) cluster derived from 2-mercaptoethanol // Inorganic Chemistry Communications. 2013, vol.29, p.37-39. K.T.Mahmudov, X.I.Hasanov, A.N.Azizova, K.Q.Ragimov, R.K.Askerov, M.N.Kopylovich, Z M.hen, A.J.L.Pombeiro 11. Regioselective CAC bond cleavage in arylhydrazones of 4,4,4-trifl uoro- 1-(thiophen-2-yl)butane-1,3-diones // Journal of Molecular Structure. 2013, vol.1050, p.180-184. Reza Solhnejad, F.N.Bahmanova, F.S.Aliyeva, A.V.Kurbanov, R.A.Aliyeva, F.M.Chyragov, K.T.Mahmudov, M.N.Kopylovich 12. Uranyl complex with phenolate–sulphonate and diphenyldiazenecarbohydrazonate ligands // Inorganic Chemistry Communications. 2013, vol.35, p.13-15. Reza Solhnejad, F.N. Bahmanova, A.V. Kurbanov, R.A. Aliyeva, F.M. Chyragov, G.S. Mahmudova, K.T. Mahmudov, M.N. Kopylovich 13. Zinc(II)-1,3,5-triazapentadienate complex as effective catalyst in Henry reaction // Catalysis Today. 2013, Vol.217, p.76-79. N.Q. Shixaliyev, A.V. Kurbanov, V.G. Nenajdenko, V.M.Muzalevskiy, K.T. Mahmudov, M.N. Kopylovich 14. Structure and supramolecular arrangement of bis(2,4- bis(trichlormethyl)-1,3,5-triazapenta-dienato)-M(II)[M=Ni(II), Cu(II) and Pd (II)]complexes / Journal of Molecu;ar Structure. 2013, 1041, p.213-218. Namiq Q.Shixaliyev, Atash V.Gurbanov, Nurana V.Gurbanova, Valentine G.Nenajdenko, Vasily M.Muzalevskiy, Kamran T.Mahmudov, Maximilian N.Kopylovich 15. New cobalt(II) and nickel (II) complexes of 2-hydroxy-benzyl derivatives of 4-aminoantipyrine // Polyhedron. -44. 2012, p.72-76. Perizad A.Fatullayeva, Ajdar A.Medjidov, Atash V.Gurbanov, Rizvan K.Askerov, Karim Q.Rahimov, Maximilian N.Kopylovich, Kamran T.Mahmudov, Armando J.L.Pomberio 16. Thermadinamics of dissociation of ortho-hydroxyphenylhydrazo- β-diketones and of their complexation with cop.er (II) in aqueousethanol solutions // Journal of Solution Chemistry. 2012, 41(4), p.44-50. K.T.Mahmudov, Maximilian N.Kopylovich, R.A.Aliyeva I.A.Aliyev, A.A.Azizov, Armando J.L.Pomberio 17. Synthesis of hydroacridines and 1,8-dioxo octa hydroxanthenes using primary amino alcohols as reagent or catalysis via three-component condensation reactions // Journal of Chemical and Pharmaceutical Research. 2012, 4(2), p.955-965. ShaabanK.Mohamed, A.A.Abdelhamid, A.N.Khalilov, Atash V.Gurbanov, M.A.Allahverdiyev 18. Synthesis and In-vitrophotodynamic studies of the superparamagnetic chitosan hydrogel/chlorine E6 nanocarriers // Medical Chemistry. 2012, 8, №6. Mohammad Reza Saboktakin, Roya M.Tabatabaie, Fahimeh Satarzade Amini, Mohammad Ali Ramazanov 19. Composite oligomer constructed from tri- and tetranuclear butyltin (IV) / 25th International conference on organometallic chemistry. Portugal, 2012, PB.258. Kamran T.Mahmudov, Armando J.L.Pombeiro, Malgorzata J.Gajewska, M.Fatima C.Guedes da Silva, Maximilian N.Kopylovich 20. Structural and electronic characteristics of iron (III) oxide complexes with creka peptide analogs // Journal of Materials Science and Engineering. 2012, B2, p.45-51. Alieva Irada, Ramazanov Mahammadali, Abbasova Gultekin, Nabiev Naqif, Omarova Asmar |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
1998 – Nyu-York Elmlər Akademiyasının üzvü 1999 – Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü 2000-ci ildən – “Üzvi kimya” ixtisası üzrə BDU-nun nəzdində yaradılmış Doktorluq və Namizədlik (fəlsəfə doktoru) Dissertasiya Şurasının sədri 2001 – AMEA-nın müxbir üzvü 2002 – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti 2004 – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının vitse-prezidenti 2005 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri 2007 – AMEA-nın həqiqi üzvü 2007 – АМЕА-nın Kimya Elmləri Bölməsinin büro üzvü 2008 – Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının üzvü 2008– Gürcüstanın Kimya Cəmiyyətinin Fəxri üzvü 2009 – Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü 2010 – Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvü 2010 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri 2012 – Latviya Elmlər Akademiyasının nəzdində olan Beynəlxalq Elmi Şuranın üzvü 2013 – Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü 2013 – “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin üzvü 2013 – Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri həqiqi üzvü 2015 - Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti 2016 - Rusiya Elmlər Akademiyasının xarici üzvü |
|
Pedaqoji fəaliyyəti | 1976-cı ildən Bakı Dövlət Universiteti | |
Digər fəaliyyəti | ||
Təltif və mükafatları |
1999 – “Yusif Məmmədəliyev adına medal”la təltif edilmişdir 2000 – “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür 2000 – Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Qızıl medal”ına layiq görülmüşdür 2001 – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür 2002 – “İlin islahatçı rektoru” nominasiyası üzrə qalib olmuşdur 2003 – “İlin rektoru” seçilmişdir 2004 – “Azərbaycanın tanınmış alimləri” beynəlxalq müsabiqəsinin qalibi olmuş, “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur 2004 – Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeni ilə təltif olunmuşdur 2005 – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “Dünyanın aparıcı təhsil xadimi” seçilmişdir 2007 – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə “Qızıl buta” mükafatına layiq görülmüşdür 2007 – “Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur 2008 – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür 2008– “Azərbaycan Ədliyyəsinin 90 illiyi” xatirə medalı ilə təltif olunmuşdur 2009 – “Rusiyanın Həmkarlar İttifaqının 100 illiyi”nə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur 2009 – “Şöhrət” ordeni ilə təltif olunmuşdur 2009– “Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur 2010 – “Avrasiyada əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə” Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilmişdir 2010 – Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri doktoru adı verilmişdir 2010 – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri professoru seçilmişdir 2010 – Amerika Bioqrafiya İnstitutu tərəfindən “Qızıl medal”la təltif edilmişdir 2010 – “ECO-2010” Gənclər Koalisiyasının “Ekologiyanın Dostu” milli mükafatı verilmişdir 2010 – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir 2011 – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin “Şərəf və Vicdan” Avropa ordeni ilə təltif olunmuşdur 2011 – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş diplomla təltif edilmişdir 2011 – Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən “Avrasiyanın fəxri” medalı ilə təltif edilmişdir 2011 – Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur 2011 – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə “Turizmə dəstək” Gənclər Koalisiyası tərəfindən “Turizm-2011” mükafatı ilə təltif edilmişdir 2012 – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na layiq görülmüşdür 2012 – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlərin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir 2012 – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir 2012 – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir 2013 – Avropa elmi-sənaye palatasının “Qızıl medal”ı və diplomu ilə təltif edilmişdir 2013 – “Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi” yubiley medalı ilə təltif edilmişdir 2013– Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Zəfər” yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur 2014 – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir 2015– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir 2015 – Rusiya Federasiyası İstintaq Komitəsinin “Dəstəyə görə” medalı və “Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi”nə həsr olunmuş xatirə medalı verilmişdir 2015 – “Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə” diplomu, “Qızıl medal”ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir 2015 – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin “Qazax xanlığının 550 illik yubileyi”nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur 2016 - “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medal ilə təltif olunmuşdur |
|
İş yeri və ünvanı | Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Z. Xəlilov küçəsi, 23 | |
Vəzifəsi | ||
Xidməti tel. | (+994 12) 4303245 | |
Mobil tel. | ||
Ev tel. | ||
Faks | (+994 12) 5983376 | |
Elektron poçtu |