Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  RH-nin nəzdindəki təşkilatlar

Mərkəzi Elmi Kitabxana
Veb-sayt http://mek.az/   
Ünvan AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr.129
Tel.

(+994 12)  539 73 65

Elektron poçtu senedish@mek.science.az
Direktor

Hüseyn Cəlil oğlu Hüseynov

Texnika elmləri doktoru, dosent

Telefon: (+994 12) 537 19 82 

Mobil: 

E-poçt:  huseyn-1978@mail.ru, huseynh1978@gmail.com

Kitabxana xidməti üzrə direktor müavini

Şəhla Tahir qızı Quliyeva

Telefon:(+994 12) 539 61 77

E-poçt:sehla-tahirqizi@mail.ru

Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini

Oruc İslam oğlu Quliyev

E-poçt: oruj_guliev@mail.ru

Ümumi işlər üzrə direktor müavini

Yusif Rəsul oğlu İsmayılov

Telefon: (+994 12) 539 61 74 

E-poçt: yusifismailov@mail.ru 

Elmi katib

Şəbnəm Ayaz qızı Rüstəmova

E-poçt: shabnamrustamova23@gmail.com

Baş mühəndis

Rafiq Savalan oğlu Aslanov

Telefon: (+994 12) 539 73 66

E-poçt: aslanov.rafiq@internet.ru

Yaranma tarixi  AMEA Mərkəzi Elmi Kitabxanası 1924-cü ildə Azərbaycanın görkəmli ziyalıları  N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü  və yaxından köməyi ilə «Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti»nin nəzdində yaradılıb. 
Əsas fəaliyyət istiqamətləri

Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, Azərbaycanın milli-tarixi irsini təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanılıb saxlanması, eləcə də dünya tarixi və mədəniyyətinin istifadəçilərə təqdim olunması;

Müasir tələblərə cavab verən infrastrukturun qurulmasını, tematik, ixtisaslaşmış, normativ-metodiki, qanunvericilik və digər məlumat bazalarının mərkəzləşdirilmiş qaydada formalaşdırılması, saxlanılması, qorunması;

Azərbaycana və Azərbaycan xalqına aid olan, siyasi, elmi, tarixi, mədəni, bədii əhəmiyyət daşıyan, bütün növ daşıyıcılarda informasiya vahidlərinin (nəşrlər, əlyazmalar, mətnlər, arxiv və fond sənədləri, dövri mətbuat, notlar, audio və video yazılar, fotoşəkillər, rəsm əsərləri, muzey eksponatları, əşyalar, veb-səhifələr və s.) müəyyənləşdirilməsi, rəqəmsallaşdırılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, elektron yaddaş bazasına daxil edilməsi vasitəsilə Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, müəllif hüquqlarının qorunması şərti ilə yerli və xarici istifadəçi auditoriyasına təqdim edlməsi;

Müasir avadanlıq və kompüter proqramları ilə təchiz edilmiş, istifadədə sadə və rahat kommunikasiya proqramı olan elektron kitabxananın və elektron arxivin təşkil edilməsi;

Elm, texnika və təhsilin aktual istiqamətləri üzrə mühazirələr, müzakirələr, seminarlar, kurslar, sərgilər, yerli və beynəlxalq miqyaslı tədbirlər keçirilməsi;

Peşəkar heyətin formalaşdırılması;

Respublika və xarici ölkələrin kitabxanaları, informasiya sistemləri arasında məlumat-biblioqrafiya və kitabxana işini əlaqələndirilməsi;

Fondunda olan qiymətli nəşrlərin üzə çıxarılması, uçotu və mühafizəsi;

Yerli və xarici kütləvi informasiya vasitələrində, Mərkəzi Elmi Kitabxananın sayt və nəşrlərində, sosial şəbəkələrdə Kitabxananın fəaliyyətinin işıqlandırılması və təbliği;

AMEA rəhbərliyi tərəfindən həvalə olunmuş digər vəzifələrin yerinə yetirilməsi.
Əsas elmi nəticələr

2014-cü il (noyabr-dekabr). Vəziyyət qiymətləndirilib və 2015-2019 strateji hədəflər və mərhələlər müəyyən edilib.

2015-ci il. Kitabxana yeni binaya köçürülüb və ənənəvi kitabxana formatından müasir kitabxana-informasiya formatına keçirilib.

2016-cı il. Kitabxana informasiya resurslarının istehsalı mərhələsinə keçib. Milli Rəqəmsal Yaddaş layihəsi işlək vəziyyətə gətirilib.

2017-ci il. Kitabxana informasiya resurslarının tətbiqi mərhələsinə keçib. Sərbəst ensiklopedik resursların Azərbaycan modelini işlək vəziyyətə gətirib.

2018-ci il. Kitabxana-informasiya sahəsində keyfiyyət göstəriciləri dəyişdirilib, Vahid İdarəetmə Sisteminin əsas komponentləri işlək vəziyyətə gətirilib və interqasiya edilib.

2019-cı ildə MEK fəaliyyətinin beynəlxalq standartlara əsasən qiymətləndirilməsi aparılıb.

2020-ci il. Pandemiya şəraiti ilə əlaqəli kitabxana onlayn xidmət göstərib. Kitabxana fəaliyyətinə dair bir sıra şöbələr yenidən bərpa edilib. İRBİS 64+ proqramı tətbiq olunmağa başlayıb.

2021-ci il. İRBİS 64+ proqramı vasitəsilə kitabların e-kataloqa daxil edilməsi prosesinə başlanılıb. Qarabağ müharibəsi qəhrəmanları fondu yaradılıb.

2022-ci il. İRBİS 64+ proqramı vasitəsilə kitabların e-kataloqa daxil edilməsi prosesi davam edib. Proqramın yeni modulları üzərində iş aparılıb.

2023-cü il. İRBİS 64+ proqramı vasitəsilə e-kataloq zənginləşdirilib. E-kitabların toplanması və mühafizəsi yönündə işlər davam edib, həmçinin e-kataloq üzərində redaktə prosesləri aparılıb. Elmi-Metodik Şura yaradılıb. 

İnformasiya bülleteninin yenidən nəşrinə başlanılıb.

İşçilərinin ümumi sayı  
Struktur bölmələri

Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu

Avtomatlaşdırma və proqram təminatı şöbəsi

Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi

Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi

İnnovativ layihələr və metodiki təminat şöbəsi

Nadir kitablar və qiymətli nəşrlər fondu

Xarici dillərdə ədəbiyyat fondu

İctimaiyyətlə əlaqələr şöbəsi

Beynəlxalq əlaqələr şöbəsi

Elektron resurslar şöbəsi

Qarabağ müharibəsi qəhrəmanları fondu

Oxuculara xidmət şöbəsi

Reproqrafiya şöbəsi

Kataloqlaşdırma şöbəsi

Biblioqrafik nəşrlər şöbəsi

Sənədlərlə iş şöbəsi

Biblioqrafik və elektron-informasiya xidməti şöbəsi

Elektron xidmətlər şöbəsi

Komplektləşdirmə şöbəsi

Təchizat və xidmət şöbəsi

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri
 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

 

-         katib

-       təftiş komissiyası

 

Rəhimova Günel 

Məmmədova Gülnar

Ağayeva Nigar
Rüstəmova Şəbnəm 

İsmayılov Yusif 

Mürşüdova Safura 
 

İctimaiyyətlə əlaqələrə məsul şəxs

Mina İbrahimova

Telefon: (+994 12) 539 73 67 (daxili 14-14)

E-poçt: minegasimova@gmail.com