Veb-sayt | http://mek.az/ | ![]() |
Ünvan | AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr.129 | |
Tel. |
(+994 12) 5371982 |
|
Elektron poçtu | ||
Baş direktor |
Məmməd Arif oğlu Əliyev Fəlsəfə elmləri doktoru, professor |
|
İcraçı direktor |
Şəhla Tahir qızı Quliyeva Filologiya üzrə fəlsəfə doktoru, dosent |
|
Baş menecer |
Yusif Rəsul oğlu İsmayılov Tel.: (+994 12) 5396174 E-poçt: yusifismailov@mail.ru |
|
Baş mühəndis |
Rafiq Aslanov |
|
Yaranma tarixi | AMEA Mərkəzi Elmi Kitabxanası 1924-cü ildə Azərbaycanın görkəmli ziyalıları N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə «Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti»nin nəzdində yaradılıb. | |
Əsas fəaliyyət istiqamətləri |
Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, Azərbaycanın milli-tarixi irsini təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanılıb saxlanması, eləcə də dünya tarixi və mədəniyyətinin istifadəçilərə təqdim olunması; Müasir tələblərə cavab verən infrastrukturun qurulmasını, tematik, ixtisaslaşmış, normativ-metodiki, qanunvericilik və digər məlumat bazalarının mərkəzləşdirilmiş qaydada formalaşdırılması, saxlanılması, qorunması; Azərbaycana və Azərbaycan xalqına aid olan, siyasi, elmi, tarixi, mədəni, bədii əhəmiyyət daşıyan, bütün növ daşıyıcılarda informasiya vahidlərinin (nəşrlər, əlyazmalar, mətnlər, arxiv və fond sənədləri, dövri mətbuat, notlar, audio və video yazılar, fotoşəkillər, rəsm əsərləri, muzey eksponatları, əşyalar, veb-səhifələr və s.) müəyyənləşdirilməsi, rəqəmsallaşdırılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, elektron yaddaş bazasına daxil edilməsi vasitəsilə Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, müəllif hüquqlarının qorunması şərti ilə yerli və xarici istifadəçi auditoriyasına təqdim edlməsi; Müasir avadanlıq və kompüter proqramları ilə təchiz edilmiş, istifadədə sadə və rahat kommunikasiya proqramı olan elektron kitabxananın və elektron arxivin təşkil edilməsi; Elm, texnika və təhsilin aktual istiqamətləri üzrə mühazirələr, müzakirələr, seminarlar, kurslar, sərgilər, yerli və beynəlxalq miqyaslı tədbirlər keçirilməsi; Peşəkar heyətin formalaşdırılması; Respublika və xarici ölkələrin kitabxanaları, informasiya sistemləri arasında məlumat-biblioqrafiya və kitabxana işini əlaqələndirilməsi; Fondunda olan qiymətli nəşrlərin üzə çıxarılması, uçotu və mühafizəsi; Yerli və xarici kütləvi informasiya vasitələrində, Mərkəzi Elmi Kitabxananın sayt və nəşrlərində, sosial şəbəkələrdə Kitabxananın fəaliyyətinin işıqlandırılması və təbliği; AMEA rəhbərliyi tərəfindən həvalə olunmuş digər vəzifələrin yerinə yetirilməsi. |
|
Əsas elmi nəticələr |
2014. (noyabr-dekabr).Vəziyyət qiymətləndirilib və 2015-2019 strateji hədəflər və mərhələlər müəyyən edilib. 2015. Kitabxana yeni binaya köçürülüb və ənənəvi kitabxana formatından müasir kitabxana-informasiya formatına keçirilib. 2016. Kitabxana informasiya resurslarının istehsalı mərhələsinə keçib. Milli Rəqəmsal Yaddaş layihəsi işlək vəziyyətə gətirilib. 2017. Kitabxana informasiya resurslarının tətbiqi mərhələsinə keçib. Sərbəst ensiklopedik resursların Azərbaycan modelini işlək vəziyyətə gətirib. 2018. Kitabxana-informasiya sahəsində keyfiyyət göstəriciləri dəyişdirilib, Vahid İdarəetmə Sisteminin əsas komponentləri işlək vəziyyətə gətirilib və interqasiya edilib. 2019 (yanvar ayından hazırki tarixə qədər). MEK fəaliyyətinin beynəlxalq standartlara əsasən qiymətləndirilməsi aparılıb |
|
İşçilərinin ümumi sayı | 197 | |
Struktur bölmələri |
Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu Avtomatlaşdırma və proqram təminatı şöbəsi Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi İnnovativ layihələr və metodiki təminat şöbəsi Nadir kitablar və qiymətli nəşrlər fondu Xarici dillərdə ədəbiyyat fondu İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr - katib - üzvləri |
||
Həmkarlar təşkilatı - sədr - sədr müavini - katib - büro üzvləri |
Həsənova Nazilə Məmmədova Gülnar Aslanova Gülruba Əhədova Günel |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs |