Cavadov Maqsud Əlisimran oğlu

Cavadov Maqsud Əlisimran oğlu 1902-ci il aprelin 13-də İsmayıllı rayonu­nun Basqal kəndində anadan olmuşdur. 1918-ci ildə Şəki Gimna­zi­yasını, 1927-ci ildə Azərbaycan Dövlət Peda­qoji İnstitutunu, 1930-cu ildə ADU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1940-cı ildə fəlsəfə doktoru, 1957-ci ildə elmlər doktoru disserta­si­yasını müdafiə etmiş, 1959-cu ildə professor elmi adı­nı almış, 1962-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir. 1938-ci ildən ömrünün sonunadək ADU-nun Həndəsə kafedrasının müdiri vəzifəsində (1938-1972) çalışmışdır. 1943-1944-cü illərdə Fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə ADU-nun tədris işləri üzrə prorektoru olmuş­dur.

Elmi fəaliyyəti cəbrlər üzərində qurulan fəzaların həndəsələri ilə əlaqə­dar olmuşdur. Bimetrik sistem nəzəriyyəsinin müxtəlif həndəsi məsələlərə tətbi­qini və cəbrlər üzərində fəzalar qurulmasının nəzəriyyəsini vermiş, alternion­lar cəbri, həqiqi, kompleks və ikiqat matrislər cəbrləri üzərində afin, proyektiv və qeyri-Evklid fəzalarını qurmus, bu fəzaların xüsusiyyətlərini müəyyən etmiş və həqiqi həndəsələrə tətbiq etmişdir.

Riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında, riyazi ter­mino­logiyanın yaranmasında və inkişafında böyük xidmətləri olmuşdur.

M.Cavadov 21 elmi məqalənin və 10 kitabın müəllifidir.

1943-cü ildə respublikanın Əməkdar müəllimi, 1962-ci ildə isə respub­likanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

 “Lenin”, iki dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı“ ordenləri ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Maqsud Cavadov 1972-ci ildə Bakıda vəfat etmişdir.

 (1902-1972)