Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Feyzullayev Nicat Ağa-Zəki oğlu

Feyzullayev Nicat Ağa-Zəki oğlu 1932-ci il yanvarın 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universi­tetinin Biologiya fakültəsində təhsil almışdır (1950-1955).

N.A.Feyzullayev fəlsəfə (1962) və elmlər doktorluğu (1983) dissertasiya­la­rını müdafiə etmiş, professor (1996) elmi adına layiq görülmüşdür. Azərbaycan MEA-nın müxbir üzvü (2001) seçilmişdir.

1956-cı ildə AMEA-nın Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlamış, əvvəlcə baş laborant (1956-1964), sonra isə baş elmi işçi (1964-1974) işləmiş və 1974-cü ildən ömrünün sonuna qədər Helmintlərin sistematikası və bio­logiyası laboratoriyasının müdiri vəzifəsində (1974-2001) çalışmışdır.

Azərbaycanda quşların, balıq və molyuskların parazitlərinin tədqiqat­çılarından biri olmuşdur. O, Bolqarıstan Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiya­sı­nın Hel­mintologiya laboratoriyası, Moldaviya və Ukraynanın Fiziologiya və Zoolo­giya insti­tutlarının birgə əməkdaşlığı sayəsində, Sovet-Bolqar tədqiqatları çərçivə­sində “Qara və Xəzər dəniz­lərinin sahil rayonlarının quş helmint­lərinin ekoloji-faunistik öyrənil­məsi” proqramın­da iştirak etmişdir.

N.A.Feyzullayev bəzi nematod qrupları, həmçinin başqa parazit orqa­nizmləri təd­qiq edərək yeni parazitoloji anlayış – “mezoparazit” vermiş və onun ge­ne­zisini izah et­mişdir. O, adaptasiya dövründə trematodlarda diribala­doğ­manı yaradan fak­tor­­ları müəyyən etmişdir. Axırıncı sahibin bədənindəki Cycloceloidea meta­ser­karisi­nin miqrasiyasını aşkar etmiş, partenit trematod­ların birgə qidalanma şəraitində növ­lərarası antoqo­nizmin səbəblərini ortaya çıxarmışdır. Partenit­lə­rin inkişaf müddə­tindən, döllülüyün­dən asılılığı və trematodunun divergensiyası müxtəlif aralıq sahiblərinin yığını təsiri altında Cathaemasia hians- ın divergensi­yasını müəyyən etmişdir.

N.A.Feyzullayev (1971) mövcud olan “ektoparazit” və “endoparazit” anla­yış­la­rı­na yeni – “mezoparazit” anlayışını əlavə etmişdir. Mezoparazitlər ekto­parazit və en­do­parazitlər arasında aralıq mövqe tutur. Onlar bədən boş­luğunda yerləşir. Mezo­parazitlər ektoparazit və endoparazit orqanizmlərdən 2 mühitin arasında – sahibin orqanizmi və ətraf mühitlə əlaqəsinə görə fərq­lənir. “Mezo­parazit” termini ixtisas­çılar tərəfindən rəğbətlə qəbul olunmuş­dur. Onun işlə­rinə ABŞ, Braziliya, Kanada, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Brita­niya, Polşa, Bolqariya, Çexiya, Maca­rıstan, Avstraliya, İsrail, Nigeriya kimi ölkə­lərdən göndərişlər gəlmiş, yaxın və uzaq xarici ölkələrin biologiya fakül­tələ­rinin və tibb universitetlərinin mühazirələrində onun tərəfindən nəzəri cəhət­dən işlənib hazırlanmış əsərlər istifadə olunmuşdur.

N.A.Feyzullayev 140 elmi əsərin müəllifi və həmmüəllifidir. Onlardan 52-si xa­ricdə nəşr olunmuşdur.

O, Bakı, Tiflis və Moskva şəhərlərində nəşr olunan 5 monoqrafiyanın həm­müəl­lifidir. “Azərbaycanın heyvanlar aləmi” 3 cildliyinin müəlliflərin­dən biri olmuşdur. Alimin elmi rəhbərliyi altında 10 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olun­muşdur.

O, SSRİ EA-nın “Akademik Y.N.Pavlovski” və “Akademik K.İ.Skrya­bin” fəxri me­dalları ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Nicat Ağa-Zəki oğlu Feyzullayev 20 iyul 2001-ci ildə vəfat etmişdir 

(1932- 2001)